Məhkəmə qərarları › İş №3(006)-2060/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2060/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2060/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirov tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli № 00800/01324 saylı qərarda qeyd edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyatla keçirməklə X1 fəaliyyəti ilə əlaqədar müxtəlif adlı yükü konsiqnasiya yolu ilə 1539 ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə ixrac elmiş, buna görə də Azərbaycan Respublikası Sifarişçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2021-ci il tarixli **********1788 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyərini tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 2616.30 manat təşkil edən 1539 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin elməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Yuxarıda qeyd edilən əsaslarla İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2616.30 manatın 50 faizi miqdarında, yəni 1308.15 manat məbləğində inzibati cərimə tətbiq edilməsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirilməklə xx.xx.2021-ci il tarixli **********1788 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan, ümumilikdə 1539 ABŞ dolları (2616.30 manat) məbləğində vəsaitin inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu gündən etibarən 180 gün ərzində müvəkkil edilmiş bank hesabına köçürülməsinin təmin edilməsi qərara alınmışdır. O, saatchiart.com onlayn satış platformasında rəsm əsərlərini yerləşdirərək onların xarici ölkələrə satışı ilə məşğul olur. Hazıradək bütün prosedurları qanunauyğun şəkildə həyata keçirərək müəyyən qazanc əldə etmişdir. İnzibati tənbeh tətbiq edən orqanın barəsində tətbiq etmiş olduğu protokol və onun əsasında çıxarılmış qərar da həmin satış platformasında satmış olduğu bir rəsm əsəri ilə bağlıdır. Belə ki, saatchiart.com onlayn satış platformasında Habil Aliyev adlı rəsm əsərinin ümumi qiyməti 1500 ABŞ dolları müəyyən edilmişdir. Məhkəməyə də əlavə edəcəyi ekran görüntüsündən də görünür ki, satış platformasının müqavilə şərtlərinə uyğun olaraq 65 faiz gəlir əsərin sahibinə, 35 faiz isə satış platformasının özünə qaldığından toplamda ona köçürülməli olan 877.50 ABŞ dolları təşkil etmişdir. 12 iyul 2021-ci il tarixdə həmin məbləğdən də 17.55 ABŞ dolları xidmət haqqı tutularaq onun “Azərbaycan Beynəlxalq Bankı”nda olan müvvəkkil bank hesabına köçürülmüş və 859.95 ABŞ dolları məbləği 13 iyul 2021-ci il tarixdə bank hesabına oturmuşdur. Dediklərini təsdiq edəcək olan onlayn satış platformasından çıxarışları, bank hesabından çıxarışı şikayətinə əlavə edəcəkdir. Həmin sənədlərdən də görünür ki, satış platformasının müqavilə şərtlərinə uyğun olaraq satmış olduğu rəsm əsərindən platformanın öz haqqı, ödəniş sisteminin xidmət haqqısı tutulmuş və yekunda onun bank hesabına oturmuş məbləğ 859.95 ABŞ dolları təşkil etmişdir. Tərəfindən bəyan edilmiş 1539 ABŞ dolları rəsm əsərinin ümumi qiymətini təşkil etmiş və qanunauyğun şəkildə də əsərin ümumi invoys qiyməti qeyd edilməli olduğundan həmişəki qaydada mal bəyan edilmişdir. Buna baxmayaraq inzibati tənbeh tətbiq edən orqanın bu cür yanaşması anlaşılan deyildir, halbuki eyni proseduru uzun müddətdir ki, edirlər və bu günə kimi başqa heç bir problem yaranmamışdır. Göründüyü kimi mən İXM-nin 483-cü maddəsində qeyd edilmiş inzibati xətanı törətməmiş, satmış olduğu rəsm əsərinin yekun qiyməti tam olaraq kart hesabına köçürülmüşdür. Nədənsə inzibati tənbehi tətbiq edən orqan bank hesabıma köçürülmüş 859.95 ABŞ dolları məbləğini də görməzdən gəlmişdir. İnzibati xəta üzrə icraat aparan orqan işin həqiqi hallarını bilməsə belə, 1539 ABŞ dolları məbləğdən bank hesabına köçürülmüş 859.59 ABŞ dolları vəsaiti çıxaraq qərar qəbul edə bilərdi ki, bunu belə etməmişdir. Lakin işin həqiqi halları yuxarıda qeyd etdiyi kimi satılmış rəsm əsərindən əldə edilmiş 859.95 ABŞ dolları olmuşdur ki, həmin məbləğ də tam şəkildə müvəkkil edilmiş bank hesabına köçürülmüşdür. İşin hallarından açıq-aşkar görünür ki, onun əməlində heç bir inzibati xəta pozuntusu mövcud olmamışdır. Bununla belə diqqətinizi əlavə olaraq pozuntunun baş verdiyi deyilən tarixlə, inzibati xəta üzrə araşdırmanın aparılaraq qərarın çıxarıldığı vaxta çəkmək istəyir. Hava Nəqliyyatında Baş Gömrük idarəsi çıxarmış olduğu qərarda həmin xətanın uzanan inzibati xəta olduğunu əsaslandırmağa çalışmış, Konstitusiya Məhkəməsi Plenumunun İXM-nin 528.1 -ci maddəsinin həmin məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Uzanan hüquqpozuniuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusunun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da. nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya hu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Konstitusiya Məhkəməsinin bu şərhindən də anlaşıldığı kimi İXM-nin 483-cü maddəsi uzanan inzibati xətalar kateqoriyasına aid edilə bilməz. Həmin əməl malın bəyan edilməsi və 180 gün ərzində bəyan edilən məbləğin bank hesabına köçürülmədiyi andan bitmiş hesab olunur. Daha həmin əməli uzanan kateqoriyaya aid etmək və əməli illər sonra aşkara çıxardım deyərək inzibati tənbeh tətbiq etmək yanlış olmuşdur. Əgər əməlində hər hansı inzibati xəta tərkibi olduğunu qəbul etmiş olsalar belə, xx.xx.2021-ci il tarixdə bəyan edilmiş gömrük bəyənnaməsi əsasında müvəkkil edilmiş bank hesabına köçürülmədiyi deyilən məbləğlə bağlı 2023-cü il tarixdə araşdırma apararaq 30 noyabr 2023-cü il tarixli inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılması pozuntudur və həmin qərar ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 2616.30 manatın 50 (əlli) faizi həddində - yəni 1308.15 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, X3 tərəfindən xx.xx.2021-ci il tarixli **********1788 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 1539 ABŞ dolları (2616.30 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Araşdırma zamanı alınmış məlumata əsasən X3 tərəfindən xx.xx.2021-ci il tarixli **********1788 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 1539 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi Bank arasında "Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. Qeyd olunan faktla bağlı 17 noyabr 2023-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 00800-00881/23 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmış, həmin tarixdə vəzifəli şəxs X3 barəsində inzibati araşdırma basa çatdığından Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı qərardan görünür ki, vəzifəli şəxsi X3 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 2616.30 manatın 50 (əlli) faizi həddində - yəni 1308.15 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı qərarı Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul etmişdir. Göründüyü kimi X3 tərəfindən inzibati xəta hadisəsi törədildiyi gün, yəni xx.xx.2021-ci il tarixdir, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən EP ******* (00800-01324/23) saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə, yəni Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda hesab edirəm ki, qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edildiyindən şikayət təmin edilməli, xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan və yaxud vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulan hallardan biri olduqda, inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800- 01324/23) saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X4 qəbul etdiyi xx.xx.2023-cü il tarixli, EP ******* (00800-01324/23) saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar