Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-207/2021 06.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – X1, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Zərərçəkmiş şəxs müraciəti əsasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsində aparılmış təhqiqat araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 41, mənzil 9 ünvanının zirzəmisindən Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində su nasosunu oğurlanmışdır. Eyni zamanda törədilmiş əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanılması rədd olunaraq bu şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokola görə qeyd olunan oğurluğu Şəxs törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X4 izahatında göstərdi ki, Şəxs müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə məxsus su nasoslarını və hidroforu oğurlamışdır. Törədilmiş oğurluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, törətdiyi əməldən peşmandır, hazırda özünü təqsirli bilir. Ailə vəziyyətini nəzərə alaraq, inzibati məsuliyyətə cəlb edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona məxsus olan 300 manat dəyərində su nasosunu oğurlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə baxılması üçün təqdim edilmiş və məhkəmənin dəftərxanasında 3(006)-205/2021 saylı və 3(006)-206/2021 saylı işlər kimi qeydiyyatdan keçmiş MN № ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2021-ci il tarixdə X5 məxsus su nasosunu (təhqiqat araşdırması zamanı su nasosunun qiyməti 120 manat məbləğində müəyyən edilmişdir), MN № ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2020-ci il tarixdə X2 məxsus su nasosunu (təhqiqat araşdırması zamanı su nasosunun qiyməti 430 manat məbləğində müəyyən edilmişdir) oğurlamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, yuxarıda qeyd edilən hallara görə Şəxs əməlində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 430 manat dəyərində, xx.xx.2020-ci il tarixdə 300 manat olan dəyərində, xx.xx.2021-ci il tarixdə isə 120 manat dəyərində özgənin əmlakını gizli yolla talaması özündə inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Bu səbəbdən, habelə Şəxs göstərilən əməllərdən hər hansı biri ilə məsuliyyətə cəlb edilməməsi nəzərə alınmaqla hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq materiallar hər üç faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurorluq orqanına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq materiallar faktlarda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №3(006)-207/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-207/2021
06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver