Məhkəmə qərarları › İş №3(006)-2070/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2070/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2070/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən “Ampula” adlı aptekdə 05.08.2021-ci il tarixdə qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin satışı zamanı qiymət intizamı pozulmuşdur. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 verdiyi izahatında bildirdi ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ampula” adlı aptekdə 05.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən yoxlama keçirilmiş və MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan protokol əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, yoxlama tədbirləri həyata keçirilərkən bəzi mallar aptekə satış üçün yeni gətirildiyindən həmin malların üzərində satış qiyməti qoymaq vaxt məhdudiyyəti səbəbindən mümkün olmamışdır. Lakin protokolu tərtib edən orqanın nümayəndələri bu üzrlü hesab edilməli olan vəziyyəti nəzərə almadan nümayəndəsi olduğu hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan əlavə protokol tərtib edilərkən onlara məlumat verilməmiş və bu barədə hər hansı xəbərdarlıq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi X4 verdiyi izahatında bildirdi ki, vətəndaş müraciətinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin plandankənar yoxlamanın keçirilməsinə dair 000049 saylı qərar əsasında Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ampula” adlı aptekdə 05.08.2021-ci il tarixdə yoxlama aparılmış və tərtib edilmiş 000050 saylı yoxlama aktı əsasında qeyd olunmuş aptekdə qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin satışı zamanı qiymət intizamının pozulması faktı aşkar edilmişdir. Həmin vaxt Şəxs əməkdaşı Rüstəm Qaracayev izahatında dərmanların yeni gəlməsi ilə əlaqədar olaraq vaxt məhdudluğu səbəbindən dərmanların üzərinə qiymət vurulmamasını bildirsə də, qeyd olunan hal inzibati məsuliyyətdən azad olunmaq üçün əsaslı səbəb hesab edilməmiş və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun qanuni və əsaslı olduğunu bildirərək, hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ampula” adlı aptekdə 05.08.2021-ci il tarixdə qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin satışı zamanı qiymət intizamı pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin plandankənar yoxlamanın keçirilməsinə dair 000049 saylı qərar və 000050 saylı yoxlama aktından görünür ki, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Ampula” adlı aptekdə 05.08.2021-ci il tarixdə qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin satışı zamanı qiymət intizamı pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2015-ci il tarixli 209 saylı qərarının 6.1-ci bəndinə əsasən aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar