Məhkəmə qərarları › İş №3(006)-2070/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2070/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2070/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib olunan hüquqi şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 03 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətdə olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının nümayəndəsi X1 tərəflərindən vaxtında cavablandırılaraq Nəsimi rayon Polis İdarəsinə göndərildiyini, həçinin cərimənin ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin balansında olan “HYUNDAİ SONATA” minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Bakı şəhəri Nəsimi RPİ-nin Dövlət X6ndən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və tərəflərindən xx.xx.2025-ci il tarixdə qəbul olunmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş məktubdan görünür ki, sorğu üzrə nəqliyyat vasitəsinin idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatlar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İXM-in: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tərəflərin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin balansında olan “HYUNDAİ SONATA” minik markalı, **- FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş müddət ərzində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə təqdim etmişdir. Buna görə də inzibati xəta hadisəsi olmadığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata hərəkətlərində inzibati xəta hadisəsi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar