Məhkəmə qərarları › İş №3(006)-2072/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2072/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2072/2021 09.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli, 2(006)-1559/2016 saylı icra sənədinə əsasən Şəxsdan 779 ABŞ dolları əsas borcun, 117 ABŞ dolları cərimə borcunun, cəmi 896 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq kreditor "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli, 2(006)-1559/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 779 ABŞ dolları əsas borcun, 117 ABŞ dolları cərimə borcunun, cəmi 896 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq kreditor "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata 23 fevral 2016-cı il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş və xəbərdarlıq göndərilmiş, daha sonra 12.08.2016cı il tarixli qərarla borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, borclu icra sənədini icra etməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 verdiyi izahatında göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli, 2(006)-1559/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 779 ABŞ dolları əsas borcun, 117 ABŞ dolları cərimə borcunun, cəmi 896 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq kreditor "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən 2016-cı ildən etibarən öhdəliklər yerinə yetirilməyərək icra sənədi üzürlü səbəb olmadan yerinə yetirilməmişdir. Şəxs icranın təmin edilməsindən yayınmışdır. Hal-hazırda yaranmış borcun tam olaraq ödənilməsini və Şəxs qarşı şirkətin nümayəndəsi olaraq şikayətçi olduğunu bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli, 2(006)-1559/2016 saylı icra vərəqəsinə əsasən ondan 779 ABŞ dolları əsas borcun, 117 ABŞ dolları cərimə borcunun, cəmi 896 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun alınaraq kreditor "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Bu barədə xəbəri olmamış və müəyyən edilmiş borc vəsaitini hal-hazırda icra etmək mümkün olmamışdır. Belə ki, hal-hazırda həmin borc vəsaitini ödəmək üçün imkanı yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru tələbin borclu Şəxs əmək haqqısına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar