Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2088/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Hacıyev İntiqam Məcid oğlunun tərtib etmiş şəxs: Barəsində icraat aparılan şəxs: Biomed SpektrMMC-in nümayəndəsi, vəkil X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, m.178; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada 06 iyun 2022-ci il tarixdə, saat 11:35-də aparılan plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyəti, habelə sertifikatsız fəaliyyət aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X5 izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məlumatda X2 ixtisasca pediatr olmasına baxmayaraq hazırda Şəxs tibb mərkəzində damar həkimi kimi fəaliyyət göstərməsi qeyd olunmuşdur. Bununla əlaqədar qəbul edilmiş xx.xx.2022-ci il tarixli plandankənar yoxlama keçirilməsi haqqında qərara və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan çıxarışa əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada xx.xx.2022-ci il tarixdə, saat 11:35də yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, X6 ixtisasca cərrah olsa da, orada əmək müqaviləsi üzrə həkim-terapevt kimi praktiki tibbi fəaliyyətlə məşğuldur. Həmçinin, müəssisədə çalışan 7 nəfər həkim və 4 nəfər orta tibb işçisi sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətə cəlb olunmuş, habelə orada lisenziyadan kənar iş və fəaliyyət – pediatriya üzrə həkim Xoşqədəm İbadovanın fəaliyyət göstərməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində icraat aparılan hüquqi şəxs Biomed Spektr MMC-nin nümayəndəsi, vəkil X3 izahatında bildirdi ki, anonim müraciət əsasında şirkətdə plandankənar yoxlama aparılıb. Yoxlama qanunsuz olduğu üçün onun nəticələri də müzakirə oluna bilməz. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2022-ci il tarixli, 6/1146 saylı məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə göndərilmiş məlumatda qeyd olunur ki, X2 ixtisasca pediatr olmasına baxmayaraq hazırda Şəxs tibb mərkəzində damar həkimi kimi fəaliyyət göstərir; - xx.xx.2022-ci il tarixli, KY221744164 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən tibb mərkəzində plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına icazə verilir, yoxlamanın müddəti – 06-07 iyun 2022-ci il; - xx.xx.2022-ci il tarixli, 245 saylı “Özəl tibb müəssisəsinin plandankənar (növbədənkənar) yoxlama Aktı”nda aparılmış qeydlərə görə ünvan 2 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibbi mərkəzdə X6 ixtisasca cərrah olsa da, əmək müqaviləsi üzrə həkim-terapevt kimi praktiki tibbi fəaliyyətlə məşğul olması, həmçinin müəssisədə çalışan 7 nəfər həkim və 4 nəfər orta tibb işçisinin sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətə cəlb olunması və lisenziyadan kənar iş və fəaliyyət – pediatriya üzrə həkim Xoşqədəm İbadovanın fəaliyyət göstərməsi əks edilmişdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2017-cı il tarixli, İN/L-7457/2017 saylı lisenziyanın əlavəsinə əsasən şirkətə ünvan 2 ünvanda ambulator tibb xidmətinin göstərilməsinə icazə verilən işlərin siyahısına terapiya (terapevtik), kardiologiya (kardioloji), hematologiya (hematoloji), nevropatologiya (nevropatoloji), psixiatriya (psixiatrik), mamaginekologiya (ginekoloji), şüa diaqnostikası (ultrasəs müayinəsi), oftalmologiya (oftalmoloji) və laboratoriya (klinik və klinik-biokimyəvi) daxildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən tibbi mərkəzdə xx.xx.2022-ci il tarixdə bəzi tibb işçilərinin sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətə cəlb edilmiş, habelə orada lisenziyadan kənar iş və fəaliyyətə (pediatriya) yol verilmişdir. Bununla da Şəxs MMC-nin əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə, 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən pediatriya üzrə göstərilən xidmətə pediatrik fəaliyyət daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği eynidir (altı min manatdan səkkiz min manatadək). Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq qeyd olunan maddələrdə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2088/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2088/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver