Məhkəmə qərarları › İş №3(006)-2089/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2089/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2089/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş qərarlarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx xxxxxx 2018-ci il tarixli, EQ 455123 saylı, xx xxxxxx 2019-cu il tarixli, EQ 611874 saylı, xx xxxxxx 2019-cu il tarixli, EQ748152 saylı qərarlarından şikayət verərək onların ləğv olunmasını xahiş etmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edirəm ki, şikayət onu vermiş şəxs tərəfindən imzalanmadığından geri qaytarılmalıdır. Belə ki, qeyd olunan qərarlardan şikayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən və həmin qərarlar qanuni qüvvəyə mindikdən sonra mübahisələndirilmiş, bu qərarlardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmiş və bir şikayətdə üç müxtəlif qərarın qanuniliyi mübahisələndirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 132, 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş qərarlarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar