Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2092/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə X1 qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini xahiş edərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Binəqədi rayonunda 79 saylı sərnişin avtobusunda olarkən polis əməkdaşları X2 və onunla birlikdə bir neçə şəxsə yaxınlaşaraq karantin qaydalarını pozmalarını əsas gətirərək onlarla birlikdə polis bölməsinə getməyi tələb etmiş, bu zaman oğlu onlar tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Polis bölməsində oğlunun barəsində protokol tərtib edilmiş, sonuncu isə yetkinlik yaşına çatmadığını və valideyni gəlmədən heç bir sənədə imza etməyəcəyini bildirmiş, 2 saat müddət ərzində saxlanıldıqdan sonra ona valideyni ilə əlaqə saxlamağa şərait yaradılmışdır. Ona oğlunun məlumatı əsasında oraya gəldikdə sonuncu barəsində karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozduğuna görə inzibati xəta haqqında protokol tərtib ediləcəyini, bunun əsasında 100 manat məbləğində cərimə olunacağını, ödəmədiyi təqdirdə orada saxlanılacağını bildirmişlər. Həmin cəriməni ödəyərək polis bölməsindən çıxdıqdan sonra hadisə ilə bağlı “102” xidmətinə müraciət etmiş, araşdırma aparılaraq məlumat veriləcəyi bildirilsə də, heç bir cavab almamışlar. X4 fərdi qoruyucu vasitədən istifadə etməsinə baxmayaraq, ona hədəqorxu gəlinərək polis bölməsinə aparılması və müdafiə hüququ təmin edilmədən barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Qeyd olunan qərar əsassız olduğundan onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X1 qanuni nümayəndəsi Qanuni nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X3 həmin tarixdə Binəqədi rayonunda İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; ödəniş qəbzinə əsasən xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə X3 tərəfindən həmin tarixdə, saat 16:53-də 100 manat məbləğində ödəniş həyata keçirilmişdir; X2 (FİN:7HYL3AM) məxsus şəxsiyyət vəsiqəsinin surətinə və “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən o, xx.xx.2003-cü il tarixdə anadan olub, yaşayış yeri də Bakı şəhəri, Nəsimi rayonunda yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. İnzibati Xətalar Məcəlləsinin 110.2-ci madəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən X1 barəsində olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılması nəzərdə tutulsa da, barəsində qərar qəbul edilmiş şəxsin yaşayış yerinin Nəsimi rayonunda yerləşməsinə baxmayaraq, hadisənin baş verdiyi Binəqədi rayonunda karantin qaydalarının pozulması faktı müəyyən edilərək 4-cü polis bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul olunan inzibati tənbeh vermə haqqında qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda yetkinlik yaşına çatmayanlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman prokurorun iştirakının zəruri olmasına baxmayaraq, onun iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş ona baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş ona baxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2092/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2092/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver