Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2097/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 13.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Protokola görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2(004)-5797/2019 saylı icra vərəqəsinə əsasən 06.11.2014-cü il təvəllüdlü X5 və 10.05.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 04.09.2019-cu ildən başlayaraq Şəxs hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Borclu ona edilən xəbərdarlıqlara baxmayaraq alimenti vaxtında ödəməmiş, icra sənədi üzrə bugünə kimi cəmi 3.740 manat ödənilmiş, 6.820 manat isə aliment borcu qalmışdır. X1 məhkəməyə müraciət ünvanlayaraq protokola mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Hazırkı protokolun baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edirəm ki, bu vəsatət təmin edilməli və porotokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib edən quruma geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 13.06.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2097/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2097/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver