Məhkəmə qərarları › İş №3(006)-2098/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2098/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2098/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nəsimi rayon X1 Şöbəsi tərəfindən tərtib edilmiş protokol baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə daxil olmuşdur. Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon X1 Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materialları araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında iş aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Şəxs hüquqi ünvanı ünvan 1i Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlarla bağlı hesab edirəm ki, inzibati xəta haqqında protokolun Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyətı üzrə baxılması üçün Bİnəqədi rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Nəsimi rayon X1 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Bİnəqədi rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar