Məhkəmə qərarları › İş №3(006)-2099/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2099/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2099/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 24.02.2019-cu il tarixli, EQ 741326 saylı, 03.03.2019-cu il tarixli, EQ 773074 saylı, 20.03.2019-cu il tarixli, EQ 876939 saylı, 05.04.2019-cu il tarixli EQ 962431 saylı, 14.04.2019-cu il tarixli, EQ ******* saylı, 08.06.2019-cu il tarixli, EQ ******* və EQ ******* saylı, 21.07.2019-cu il tarixli, EQ ******* saylı, 27.07.2019-cu il tarixli, EQ ******* saylı, 11.08.2019-cu il tarixli, EQ ******* saylı, 08.09.2019-cu il tarixli, EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 24.02.2019-cu il tarixli, EQ 741326 saylı, 03.03.2019-cu il tarixli, EQ 773074 saylı, 20.03.2019-cu il tarixli, EQ 876939 saylı, 05.04.2019-cu il tarixli EQ 962431 saylı, 14.04.2019-cu il tarixli, EQ ******* saylı, 08.06.2019-cu il tarixli, EQ ******* və EQ ******* saylı, 21.07.2019-cu il tarixli, EQ ******* saylı, 27.07.2019-cu il tarixli, EQ ******* saylı, 11.08.2019-cu il tarixli, EQ ******* saylı, 08.09.2019-cu il tarixli, EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, onlar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə:  Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir (34.1-ci maddə);  Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (34.2-ci maddə);  Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (34.3-cü maddə). İş materiallarından müəyyən edilir ki, törədilmiş inzibati xətalara görə şikayətçi barəsində ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlirəm ki, müxtəlif inzibati xətalara görə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxıla bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol və qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 -ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 24.02.2019-cu il tarixli, EQ 741326 saylı, 03.03.2019-cu il tarixli, EQ 773074 saylı, 20.03.2019-cu il tarixli, EQ 876939 saylı, 05.04.2019-cu il tarixli EQ 962431 saylı, 14.04.2019-cu il tarixli, EQ ******* saylı, 08.06.2019-cu il tarixli, EQ ******* və EQ ******* saylı, 21.07.2019-cu il tarixli, EQ ******* saylı, 27.07.2019-cu il tarixli, EQ ******* saylı, 11.08.2019-cu il tarixli, EQ ******* saylı, 08.09.2019-cu il tarixli, EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar