Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-210/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X2 etibarnamə üzrə nümayəndəsi X1 DİN Baş Dövlət Yol Polis İdarəsi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 etibarnamə üzrə nümayəndəsi X3 DİN Baş Dövlət Yol Polis İdarəsi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qeyd olunan qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, şikayətçi «Toyota Prius» minik markalı 77 MK-142 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 13 dekabr 2024-cü il tarixdə 20 X4rşısında hərəkətdə olmuşdur. Həmin yol hərəkət zolağıdır və avtomobili saxlamamışdır. Orada Baş Dövlət Yol Polis İdarəsinin kameraları var və an çəkiliş aparılır. Lakin təqdim edilən fotoşəkillərdən onun həmin ərazidə avtomobili saxlayıb sərnişin düşürməyi kimi görsənir. Amma əslində bu belə deyil, çünki orada avtomoili saxlamamışdır. İdarə etdiyi avtomobilin kameralara o vəziyyətdə düşməsinin səbəbi yolda sıxlıq olması və qarşıdakı avtomobillərin yavaş hərəkət etməsi olmuşdur. Bütün bunların nəticəsi də olaraq da, dayanma və durma qaydalarını pozduğu üçün barəsində inzibati tənbeh vermə haqqında EQ 25031525 nömrəli, 13 dekabr 2024-cü il tarixli elektron qərar qəbul edilmiş və həmin qərara əsasən şikayətçi Azərbaycan Respblikası İXM-nin 346.4-cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməyimə görə 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qəbul edilmiş qərardan narazı olduğunu, heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirir. Qərar əsassız olduğundan ləğv edilməlidir. Həmçinin onun yeganə gəlir mənbəyi məşğul olduğu taksi fəaliyyətidir. Halhazırda nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığına görə o və ailəsi çarəsiz vəziyyətdə qalmışlar. Ona yazılmış haqsız cərimə silinməli və nəqliyyat vasitəsini idarə etmək hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Göstərilənləri nəzərə alaraq, DİN Baş Dövlət Yol Polis İdarəsi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: DİN BDYPİ-nin X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X5nə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə görə, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə şikayət verilən qərarda X6 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polis İdarəsi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. DİN Baş Dövlət Yol Polis İdarəsi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 25031525 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-210/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-210/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver