Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2101/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş şəxs X3, qərarından şikayət verilən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı Nəqliyyat Agentliyinin 08.07.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin 08.07.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 08.07.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsindən üzü “Bravo” adlanan market tərəfə hərəkət etmiş və idarə etdiyi avtomobili yolun sağ hərəkət hissəsində saxlamışdır. Nəticədə, ərazidə dayanma-durmanı qadağan edən heç bir nişanın olmadığına əmin olduqdan sonra özünə məxsus “X7” markalı, **-FO-*** dövlət nömrə nişanlı avtomobilini orada saxlamış və onun barəsində BNA ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, dərhal həmin əraziyə qayıtmış və yol nişanının ağacın yarpaqları arasında görünməz vəziyyətdə olduğunu görmüşdür. Həmin vəziyyətin şəkilini çəkib Bakı Nəqliyyat Agentliyinə müraciət etmiş və ona xeyli müddət keçdikdən sonra nişanın görünməsi barədə cavab gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməyi ilə bağlı 08 iyul 2021-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyinin 08 iyul 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət ərizəsi Agentliyə təqdim edilmişdir. Etiraz inzibati tənbeh vermə haqqında qərar araşdırılaraq mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmışdır. Bakı Nəqliyyat Agentliyi hesab edir ki, X5 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X5 idarə etdiyi “X7” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 08 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında (dayanmaq qadağandır) yol nişanının təsir zonasında saxlamışdır. Nəqliyyat vasitəsinin durması faktı etiraza əlavə edilmiş inzibati xətanı fiksə edən fotoşəkil ilə tam təsdiq olunur. Şikayətçinin qeyd olunan yarpaqların nişanın görünüşünü məhdudlaşdırması barədə qeyd etdikləri isə tamamilə əsassızdır. Beləliklə, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayəti əsassızdır və təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta üzrə qəbul edilmiş 08.07.2021-ci il tarixli, BNA ******* saylı qərarın qanuni olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 08.07.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “X7” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 08.07.2021-ci il tarixdə yol hərəkəti qaydalarını pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 20 manat məbləğində inzibati qatdada cərimə edilmişdir. Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində yol nişanının tələbi “X7” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən pozulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 “X7” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 08.07.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində yol hərəkəti qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 08.07.2021-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı Nəqliyyat Agentliyinin 08.07.2021-ci il tarixli, BNA ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2101/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2101/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver