Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2109/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mövsüm oğlunun iştirakları ilə, “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs Mövsüm oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru M.Ə.Xudaverdiyev tərəfindən 27 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs Nəsimi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(006)-137/2022 saylı icra sənədinə əsasən X2 73.318,31 manat, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5212/2021 saylı icra sənədinə əsasən isə 11.840 manat pul ödəməlidir. Lakin Şəxs icra sənədi üzrə tələbi bugünədək icra etməkdən qərəzli olaraq yayınmış və icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru M.Ə.Xudaverdiyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-137/2022 saylı sənədinə əsasən əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767, 77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695,49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pul “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru H.K.Mustafayevə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmin icra sənədi üzrə borclunun xx.xx.2022-ci il tarixdə axtarışı haqqında qərar qəbul edilmişdir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5212/2021 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cəmi 11.840 (on bir min səkkiz yüz qırx) manat məbləğində hesablanmış əmək haqqı cavabdeh “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzindən tutularaq iddiaçı T.H.Mustafayevaya ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Göstərilənləri nəzərə alaraq, “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs izahatında bildirmişdir ki, onun icra sənədlərindən məlumatı vardır. Dövlət müəssilərində işləmişdir, lakin işlərin dəyəri ödənilmədiyindən icra sənədi üzrə tələbi bugünədək icra etməmişdir. Həmçinin o bildirmişdir ki, hal-hazırda icra sənədi üzrə 1.000 manat və 3-4 ay müddətində ödəniş edəcəkdir. Adına hər hansı daşınar-daşınmaz əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-137/2022 saylı icra vərəqəsindən görünür ki, əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767, 77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695,49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pul “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru H.K.Mustafayevə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 137/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzininə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 5212/2021 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cəmi 11.840 (on bir min səkkiz yüz qırx) manat məbləğində hesablanmış əmək haqqın cavabdeh “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzindən tutularaq iddiaçı T.H.Mustafayevaya ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 5212/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzininə tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə göndərilmiş və bildiriş sonuncu tərəfindən göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borclunun axtarış haqqında qərardan görünür ki, borclu XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-137/2022 saylı sənədinə əsasən əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767, 77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695,49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pul “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru H.K.Mustafayevə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmin icra sənədi üzrə borclunun xx.xx.2022-ci il tarixdə axtarışı haqqında qərar qəbul edilmişdir. Bundan sonra Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5212/2021 saylı icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cəmi 11.840 (on bir min səkkiz yüz qırx) manat məbləğində hesablanmış əmək haqqı cavabdeh “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzindən tutularaq iddiaçı T.H.Mustafayevaya ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Daha sonra icra şöbəsi tərəfindən borclunun adına hər hansı daşınar və daşınmaz əmlakının olması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, lakin sonuncunun adında heç bir əmlakın olmadığı müəyyən edilmişdir. Dəfələrlə göndərilmiş bildirişlərə baxmayaraq borclu icra sənədinin icrasından yayınmışdır. Bununla da, borclu “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs icra sənədlərini könüllü icra etməmişdir. Məhkəmə işin faktiki hallarına, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı cavabdeh “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs uzun müddət öncədən tələbin icrası haqqında bildiriş verilməsinə baxmayaraq nəticədə icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “XƏZƏR” X5 Yaradıcılıq Mərkəzinin direktoru Şəxs Mövsüm oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2109/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2109/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver