Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2112/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Qərardan şikayət vermiş şəxs: X1 iştirakları ilə X1 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2024cü il tarixli, EQ 20936269 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun barəsində Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən 03 may 2024-cü il tarixli, EQ 20936269 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarda göstərilir ki, guya o, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində dayanma-durma qaydalarını pozmuşdur. Lakin o, hər hansı inzibati xətaya yol verməmiş, qayda pozmadığı halda cərimələnməsi qanunsuzdur. Həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, eyni zamanda işlə bağlı məhkəməyə “elektron kabinet” vasitəsilə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsinin müraciəti daxil olmuşdur. İş materiallarında olan: • Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin 03 may 2024-cü il tarixli, EQ 20936269 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 03 may 2024-cü il tarixdə, saat 16:14 radələrində “Mercedes-Benz E220” markalı, **- ZT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda dayanma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir; • Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd olur ki, hazırkı iş üzrə əlaqədar sübutları təqdim etmək imkan xaricindədir, işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi hadisəsi öz təsdiqini tapmadığından şikayət təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, EQ 20936269 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 tərəfindən 03 may 2024-cü il tarixdə inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübutu qərarı qəbul etmiş orqan məhkəməyə təqdim edə bilməmiş, bunun mümkünsüzlüyü barədə həmin orqanın nümayəndəsinin məhkəməyə ünvanlanmış müraciətində də qeyd olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bu Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsi tərəfindən qəbul edilmiş 03 may 2024-cü il tarixli, EQ 20936269 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2112/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2112/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver