Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2113/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi R.C.Nurəliyev ərizəsini onunla əsaslandırmışdır ki, ona xx.xx.2023-cü il tarixdə, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi inzibati protokol tərtib olunaraq hadisə yerində təqdim olunmuşdur. Protokolun mətni ilə onları tanış etmək üçün qərardan çıxarışı diqqətə çatdırmaq üçün ərizəyə əlavə etmişdir. Belə ki, İXP ******* saylı protokol tərtib olunduqdan sonra vəziyyətlə əlaqədar Bakı şəhəri X8 Resubiika Baş Prokurorluğuna, Ədliyyə Nazirliyinə və 102 məlumat mərkəzinə rəsmi müraciət etmiş, inzibati xətanın xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Mircəlal 2a (X6 yaxınlığında) ünvanında DYP İnspektoru polis kiçik serjantı X7 (döş nişanı 1493) oğlu tərəfindən saxlanma əmri vermiş, o, da bundan sonra əmrə tabe olub maşını saxlamışdır. Saxlanma əmri zamanı inspektor maşınına yaxınlaşaraq özünü təqdim etmədən birbaşa inzibati xəta haqqında protokola əsasən yol ayrıcını keçmə maddəsi ilə onu saxladığını deyir. Etiraz əlaməti olaraq inspektora “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyaraq göstərilən istiqamətdə heç bir qayda pozuntusu etmədiyini buna görə də onu əsassız saxladığını bildirsə də, inspektor özünü haqlı bilərək onun haqq və hüquqlarının başqa yerdə sübut etməsini təkidlə qeyd etmişdir. O, daha sonra isə inspektora sual verdiyi zaman onun üzərində olan mikrofon və görüntü kamerası ham bu iradlarını polis inspektorunu daha da hiddətləndirdiyindən o, özünü təqdim etmək istəsə də polis əməkdaşı ona imkan verməmişdir. O, isə polis əməkdaşına 102 məlumat mərkəzinə onun qanunsuz saxlaması haqqında şikayət edəcəyi dediyi halda sonuncu öz xidməti **-YP-*** maşınına geri dönərək protokolu tərtib etmişdir. Həmçinin məlumat üçün bildirmişdir ki, o, vətəndaş olaraq polis inspektoru ilə özünün başa düşdüyü tərzdə danışmış olsaydı ona nə bu protokol nə də saxlama əmri olacaqdır. Bunun da başlıca səbəbi bayram günlərində YPX əməkdaşlarının xüsusilə hər tin başında dayanması birbaşa korrupsiya ilə əlaqəlidir. Saxladığı sürücülərdən hörmət alaraq onları protokoldan azad edirmiş kimi davranır. Amma o, nə rüşvət, nə də başqa bir şəkildə polis əməkdaşı ilə yaxınlıq münasibəti qurmadığı üçün inspektorun xüsusilə ondan şikayətindən sonra daha da qəzəblənərək protokol yazmasına şərait yaratmış olmuşdur. Bundan başqa, o, qeyd etmişdir ki, yazılmış protokolla bağlı Badamdar ərazisində yerləşən Bakı şəhəri DYP-nə şəxsən yaxınlaşaraq kamera görüntüsü ilə bağlı müraciətinə baxış keçirmələrini bildirmişdir. Kamera görüntüsünə 108-ci otaqda baxan polis serjantı ona cəriməsinin əsaslı olduğunu bildirsə də ona da eyni iradı bildirmişdir. Hadisə günü yol ayrıcını keçmək məsələsinə aydınlıq gətirmək üçün qısaca onu bildirir ki, qeyd olunan istiqamətdə Mircəlal küçəsi ilə hərəkət iki istiqamətdə düzünə (Sumqayıt və Biləcəri yolu istiqamətində) və 1 istiqamətdə sola doğru (X6, Şamaxinka istiqamətində) yol nişanı quraşdırılsa da həmin gün iki istiqamətli yolda tıxac olduğu üçün hərəkətini sola doğru dəyişərək qarşıdan gələn yol nəqliyyat vasitəsini gözləyərək yoluna davam etmişdir. Bu istiqamətdə qarşıdan gələn maşın onun maşınına işıq ünvanlayaraq keçməsinə şərait yaratmış, o, da qarşılığında başı ilə çox sağ ol deyərək həmin şadlıq sarayına doğru hərəkətini davam etdirmişdir. Bu da “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsi ilə tənzimlənir, yol vermə qaydası. Burda heç bir şəxs qayda pozmur. Amma polis inspektoru isə qarşıdan gələn avto nəqliyyat vasitəsinin qabağına çıxdığını onun hərəkətinə maneə yaratdığını vurğulayaraq İXM-nin 327.2-ci maddəsilə 3 bal 60 manat dəyərində onu cərimələmişdir. Beləliklə, hesab edir ki, İXM-nin 327.2-ci maddəsi ilə qeydə alınan protokol tamamilə səhvdir. Burda inspektorun qərəzli əməli ilə yekunlaşan maddə durduğundan xüsusilə onlardan 102 və ya 902-ə şikayət edildiyində sürücülərin daha da qəsdinə dayanan maddələr ilə özlərini çıxartmağa çalışırlar. Göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak edən şikayətçi R.C.Nurəliyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, R.C.Nurəliyev xx.xx.2023-cü il tarixdə, saat 21:21-də Mircəlal küçəsi, 2a ünvanında “KİA NİRO (HİBRİD)” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun sağ tərəfindən gələn avtomobilin gəlməsinə və yolun həmin avtomobildə olmasına əhəmiyyət vermədən həmin hərəkətinə davam etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 77.3-cü maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Lakin R.C.Nurəliyev həmin normanın tələbini pozmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, R.C.Nurəliyev həmin tarixdə Mircəlal küçəsi, 2a ünvanında “KİA NİRO (HİBRİD)” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolayrıcını keçmə qaydalarını pozaraq hərəkətin davam etdirmiş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, R.C.Nurəliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi E.M.Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, R.C.Nurəliyev xx.xx.2023-cü il tarixdə, saat 21:21-də Mircəlal küçəsi, 2a ünvanında “KİA NİRO (HİBRİD)” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun sağ tərəfindən gələn avtomobilin gəlməsinə və yolun həmin avtomobildə olmasına əhəmiyyət vermədən həmin hərəkətinə davam etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, R.C.Nurəliyev xx.xx.2023-cü il tarixdə, saat 21:21-də Mircəlal küçəsi, 2a ünvanında “KİA NİRO (HİBRİD)” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozmuş, bu hal Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobilinə quraşdırılmış “ipatrul” sistemi vasitəsilə aşkar edilərək qeydə alınmışdır. Bu səbəbdən də, R.C.Nurəliyevin barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskindəki videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, R.C.Nurəliyev həqiqətində eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmiş və hərəkətində davam etmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi R.C.Nurəliyevin xx.xx.2023-cü il tarixdə, saat 21:21-də Mircəlal küçəsi, 2a ünvanında “KİA NİRO (HİBRİD)” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydasnı pozması iş materialları ilə öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-cü maddəsinin 3cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan R.C.Nurəliyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2113/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2113/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver