Məhkəmə qərarları › İş №3(006)-2114/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2114/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2114/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin protokolu tərtib etmiş şəxs: icra məmuru X3 Barəsində icraat aparılan şəxs: "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə "xxxx" ASC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsi, 13, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi üzrə tərtib olunmuş 28 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola görə "xxxx" ASC Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra vərəqinə əsasən iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında “Nar-2014“ MMC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılması, iddiaçıya məxsus torpaq sahəsi zəbtdən azad edilməsi, iddanın qalan hissədə təmin edilməməsini və iş üzrə 100 manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və həmin icra sənədi üzrə borclu "xxxx" ASC-yə tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmiş və xəbərdarlıq edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədi icra olunmamış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1010/2023 saylı qərarına əsasən "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir. Lakin, bundan sonra da "xxxx" ASC tərəfindən heç bir hərəkətə edilməmiş, məhkəmə qərarı icra olunmamışdır. Göstərilənləri nəzərə alaraq "xxxx" ASC-nin inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən məcburi köçkünlərin mənzil təminatının ödənilməsi üçün 1.500 ailəlik qəsəbəni elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli yeraltı elektrik verilişi xətti keçir. Bu xəttin çəkilmə marşrutunu o zaman Gəncə Şəhər İcra Hakimiyyəti müəyyən etmiş və bu torpaq sahəsi də kiminsə mülkiyyətində olmamışdır. Lakin, sonradan "xxxx" MMC həmin torpağa dair mülkiyyət hüquqlarını əldə etmiş və bu xəttin çıxarılmasına dair iddia qaldırmışdır. Qeyd edir ki, yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xəttinin həmin ərazidən çıxarılıb başqa yerə keçirilməsi üçün xeyli prosedur məsələlər var. Bununla bağlı ilkin olaraq icra hakimiyyəti orqanı torpaq sahəsi ayırmalı və inşaat pasportununun hazırlanması üçün tədbirlər görməlidir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı qətnaməsinin icrası ilə bağlı "xxxx" ASC tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti ilə şihafi danışıqlar aparılmış, bununla əlaqədar rəsmi müraciət olunmuşdur. Müvafiq torpaq sahəsi ayrılıb və inşaat pasportunu hazır olan kimi məsələ qısa müddətdə öz həllini tapacaqdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: • Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədinə əsasən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli torpağa xüsusi mülkiyyət hüququ haqqında çıxarış əsasında "xxxx" MMC-nin xüsusi müıkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən keçən yüksək gərginlikli (35kv-luq) yeraltı elektrik xətti cavabdeh "xxxx" ASC tərəfindən çıxarılaraq mülkiyyətdə olan torpaq sahəsindən kənarlaşdırılmalı, iddiaçıya məxsus torpaq sahəsi zəbtdən azad edilməlidir; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1010/2023 saylı qərarına görə "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • "xxxx" ASC tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 10 mart 2023cü il tarixli, 13-13/2-1/04-1473/2023 saylı məktubda qeyd olunur ki, Gəncə şəhəri, Yevlax yolunun cənub tərəfində yerləşən 0,3 ha torpaq sahəsinin 240 kv.m hissəsindən məcburi köçkünlərin mənzil təminatının ödənilməsi üçün 1.500 ailəlik qəsəbəni elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli yeraltı elektrik verilişi xətti keçir və onun oradan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı qətnaməsinə əsasən çıxarılması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə Gəncə şəhəri, Yevlax yolunun cənub tərəfində yerləşən, məcburi köçkünlərin mənzil təminatının ödənilməsi üçün 1.500 ailəlik qəsəbəni elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli yeraltı elektrik xəttinin yerinin dəyişdirilməsi üçün (mövcud parametrlərə uyğun) torpaq sahəsinin "xxxx" ASC-yə ayrılmasına və inşaat pasportunun hazırlanmasına sərəncam verilməsi xahiş olunmuşdur. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(104)-102/2021 saylı icra sənədindəki tələbi üzrlü səbəbdən icra edə bilməmiş, həmin tələbin icra olunması torpaq sahəsinin ayrılması və inşaat pasportunun hazırlanması tələb olunur, bununla bağlı da aidiyyəti üzrə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətində inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar