Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2115/2021 03.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 22.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 02 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin tərəfindən tərtib edilmiş 22.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 02 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 02 avqust 2021-ci il tarixdə X8 Xidməti tərəfindən onun tanımadığı bir şəxsin guya əmək müqaviləsi olmadan işlədiyini aşkar ediblər və buna görə də vəzifəli şəxs kimi barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 4500 (dörd min beş yüz) manat cərimə tətbiq etmişlər. Əvvəla qeyd etmək istəyir ki, o, həmin şəxsi tanımamışdır. Bu hal baş verdikdən sonra məlumat almışdır ki, həmin xanım onların əməkdaşı, salonda usta olaraq çalışan X5 rəfiqəsi olub, onun yanına gəlib-getmişdir. Amma həmin xanımın onun sahibi olduğu salonunda çalışması ümumiyyətlə müzakirə mövzusu olmamışdır. Xanımın belə bir addım atmasının səbəbi odur ki, yuxanda adını qeyd etdiyi rəfiqəsi ilə aralarında mübahisə yaranıb və qisas almaq məqsədi ilə onların müəssisəsinə böhtan atmışdır. Həmin xanım onların əməkdaşı Aytən xanımın evindən 700 manat pul oğurlayıb qaçıb, uzun müddət ondan xəbər olmayıb və Aytən xanım oğurluq hadisəsi ilə bağlı polisə şikayət etmişdir. Onların şəxsi məsələlərinə görə müəssisəyə belə böhtan atması məntiqsizdir. O qeyd olunan xanımı tanımır, həmin xanımı ondan başqa heç kim işə qəbul edə bilməzsə, necə ola bilər ki, həmin xanım onunla çalışdığını iddia edir? Bundan əlavə qeyd edir ki, cavabdeh məsələni tam araşdırmamışdır. Bu isə sahibkarlıq subyektinə qarşı ümumi dövlət siyasəti ilə dabandabana ziddiyyət təşkil edir. Hesab edir ki, ona qarşı qəbul olunmuş məlum qərar əsassızdır. Belə olan halda həmin qərarın ləğv edilməsi zəruridir. Cavabdeh hər iki tərəfi dinləməli olduğu halda birtərəfli və qərəzli mövqe nümayiş etdirmişdir. Qərar qəbul olunarkən onlara məlumat verilməmişdir. Bununla bağlı hansı araşdırma aparılıb? Heç bir araşdırma aparılmamışdır. Bu məntiqlə hər yoldan ötən adam gedib hansısa müəssisədən şikayət etsə, deməli həmin hüquqi şəxsin rəhbəri və hüquqi şəxs cərimə olunmalıdır. Bu çox məntiqsiz bir qərardır. Düşünür ki, məhkəmə bu məsələyə hüquqi qiymət verəcəkdir. Qeyd etmək istəyir ki, onların əməkdaşları şahid qismində məsələyə dair fikir bildirə bilərlər və buna görə də onların dinlənilməsinin zəruri olduğunu vurğulamaq istəyir. Bununla məhkəmə aydınlaşdıra bilər ki, xanımın iddiası və həmin iddiaya görə onun cərimə edilməyi əsassızdır. İXM-nin 31.2-ci bəndində deyilir ki, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. DƏMX bu qaydaları kobud şəkildə pozaraq ona qarşı cərimə tətbiq etmişdir. Yəni onun gəliri nəzərə alınmamışdır, əmlak vəziyyəti araşdırılmamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, DƏMX sahibkarlıq subyektlərinin məhv olması üçün əlindən gələni edir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş, 02 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8 Xidmətinin nümayəndəsi X3 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Nəsimi rayon Polis İdarəsinin müraciəti əsasında aparılan araşdırmalar nəticəsində X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması aşkar edilərək 22 iyul 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 02 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğu üçün 4500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan əlavə Aysun Əskərova öz izahatında da qeyd etmişdir ki, o həqiqətəndə “House of Beauty” gözəllik salonunda qeyri rəsmi işləmiş və onunla hər hansı bir müqavilə imzalanmamışdır. Şikayət ərziəsində qeyd olunalar sadəcə olaraq, şəxsin özünü inzibati məsuliyyətdən yayındırmaq məqsədi daşımışdır. İzahatının sonunda X9 tərəfindən verilən şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib tərəfin izahatını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 02 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs hər hansı işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4500 (dörd min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, Aysun Əskərova və Aytən Sultanova verdiyi izahatlarında Aysun Əskərovanın bir ay müddətində “House of Beauty” gözəllik salonunda qeyri-rəsmi işlədiyini bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Aysun Əskərovanı hər hansı işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4500 (dörd min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 02 avqust 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 22.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 02 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2115/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2115/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver