Məhkəmə qərarları › İş №3(006)-2116/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2116/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2116/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X4, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 01 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-5047/2019 saylı icra sənədinə əsasən Şəxs 47.00 (qırx yeddi min) ABŞ dolları tutularaq F.C.Qarayevə ödənilməlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru M.Xudaverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-5047/2019 saylı icra sənədinə əsasən Şəxs 47.000 (qırx yeddi min) ABŞ dolları tutularaq F.C.Qarayevə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixində Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş gğndərilmiş və rəsmi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, borculunun izahatı alınmış və sonuncu izahatında borcunu ödəyəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, sonuncu şöbəyə gətirilmiş, ondan qərar üzrə borcun ödənilməsi tələb olunmuş, lakin o, izahatında hazırda maddi vəziyyəti ilə bağlı borcunu ödəyə bilməyəciyini, yaxın zamanda isə ödəcəyini bildirmişdir. Borclu icra sənədi üzrə tələbkara 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödəmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, icra sənədindən məlumatlıdır, hal-hazırda icra sənədi üzrə tələbkara 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödəmişdir. Həmçinin o bildirmişdir ki, zərərçəkmiş şəxslə razılaşmış və ona borcunun ödənilməsi ilə bağlı gün möhlət vermişdir. Göstərilənləri borcunu ödəməyə söz verməsini, buna görə ona möhlət verilməsini və tələbkarında onunla razılaşmasını nəzərə alaraq ona barəsində olan inzibati xəta haqqında iş üzrə protokola baxılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi C.Q.Bayramov izahatında bildirmişdir ki, hal-hazırda borclu tərəfindən icra sənədi üzrə tələbkara 24.500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödənilmişdir. Həmçinin o bildirmişdir ki, Şəxs zərərçəkmiş şəxslə razılaşmışlar borcun ödənilməsi üçün əllərindən gələcəklərini edəcəklər. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə protokola baxılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar F.C.Qarayev izahatında bildirmişdir ki, borclu Şəxs tərəfindən indiyənədək icra sənədi üzrə 24.500 (iyirmi dörd min beş yüz) manat pul ödəmişdir. Həmçinin o bildirmişdir ki, borclu 10 gün müddətində borcunu ödəcəyi təqdirdə ondan şikayətçi olmayacaqdır. Şəxs tərəfindən borcun ona 10 gün müddətində ödənilməsini təmin etmək məqsədilə inzibati xəta haqqında iş üzrə protokolu baxılmadan və geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, tələbkar F.C.Qarayevin borclu Şəxs hazırda şikayətçi olmamasını və tələkarın inzibati xəta haqqında protokol və materiallarının geri qaytarılmasını məhkəmədən xahiş etməsini nəzərə alaraq protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında tələbkar F.C.Qarayevin izahatından müəyyən edilmişdir ki, Şəxs ilə müəyyən razılığa gəlmiş və sonuncu 10 gün müddətində borcunu ona ödəcəyi təqdirdə ondan şikayətçi olmayacaqdır. Həmçinin F.C.Qarayev Şəxs tərəfindən borcun ona 10 gün müddətində ödənilməsini təmin etmək məqsədilə inzibati xəta haqqında iş üzrə protokolu baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkar F.C.Qarayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırda şikayətçi olmadığından, onlar arasında borcun ödənilməsini təmin etmək məqsədilə razılıq olduğundan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 01 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar