Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-212/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin polis sahə inspektoru - X2, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin polis sahə inspektoru -X1 Anar Oqtay oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə 10 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 10 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Zərərçəkmiş şəxs telefonunun arxasında olan 100 ABŞ Dollarını oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PŞ-nin polis sahə inspektoru - X4 protokolu müdafiə edərək bildirdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə, eyni zamanda Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə müraciət edərək xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanında yolun kənarında müştəri qisminə gətirdiyi şəxsə könüllü olaraq danışmaq üçün verdiyi mobil telefonunun arxa qabında olan 100 (bir yüz) ABŞ dolları pulunu oğurladığını bildirmişdir. Faktla bağlı 20-ci PŞ-nin təhqiqatçısı Rasim Əliyev tərəfindən araşdırma aparılmış, araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilən hadisəni törətmiş naməlum şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində (xırda talama) göstərilən inzibati xətanı törətmişdir. Sonradan əməldə inzibati tərkib olduğundan araşdırma mənə həvalə olunmuş, araşdırmanın yekunu olaraq əməlin xx.xx.1981-ci ilə Şamaxı rayonunda anadan olmuş, Şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Şəxs yeri müəyyən olunaraq şöbəyə gətirilmiş, onun izahatı alınarkən o, etdiyi əməli etiraf etməyərək, hadisə vaxtı rayonda olduğunu bildirmişdir. Lakin aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olur, xx.xx.2024-cü il tarixdə «Bolt» şirkəti tərəfindən ona Bakı şəhəri, Səbail rayonu, Azneft dairəsi və sonra ünvan 2 ünvanlarına sifariş verilmiş, həmin şəxsi o, Nərimanov rayonu, «Şuşa» restoranının yanından götürmüş. Həmin şəxs ona özünü Türk vətəndaşı kimi tanıtmış və onunla türk dilində danışmışdır. O, həmin şəxsi əvvəl Azneft meydanına aparmış, şəxs onun avtomobilindən düşərək telefonla danışmış, daha sonra yenidən onun avtomobilinə əyləşərək ikinci ünvana doğru hərəkət etmişlər, həmin vaxtı şəxs ondan danışmaq üçün telefon istəmiş, Mustafayev də könüllü olaraq həmin şəxsə danışmaq üçün arxa qabında 100 ABŞ dolları olan 150 manat dəyərində «Samsung A12» modelli mobil telefonunu vermiş, Şəxs avtomobildən düşüb evə dəyib qayıdacağını bildirmiş, Mustafayev razılaşaraq onu avtomobilində gözləmişdir, Mustafayev həmin şəxsi bir saat müddətində gözlədikdən sonra gəlmədiyini görüb, öz mobil telefonuna və həmin şəxsin sifariş verdiyi mobil telefona zəng etmiş, Qədirov isə həmin şəxsin zənglərinə cavab verməmişdir. Bundan sonra isə telefonunun oğurlandığını başa düşüb, DİN-nin 102 xidmətinə şikayət etmişdir. Daha sonra o, yenidən mobil nömrəsini yığdıqda həmin telefonu başqası götürmüş və özünü taksi şoferi kimi tanıtmış, həmin şəxs ona müştərinin ondan 84 manat alaraq mobil telefonu ona verdiyini bildirmiş, həmin taksi sürücüsü də Qədirov barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etdiyini bildirmişdir. Hal hazırda Nizami RPİ-nin 25-ci PŞ-də onun şikayəti əsasında araşdırma aparıldığını bildirmişdir. Sonradan Mustafayev 25-ci PŞ-də özünə məxsus mobil telefonu təhvil almış, lakin mobil telefonun arxasında olan 100 ABŞ dolarının olmadığını aşkar etmişdir. Hər iki fakt üzrə araşdırma nəticəsində həmin əməllərin Şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, bu şəxs «Bolt» sifarişi ilə taksi kimi fəaliyyət göstərdiyi avtomobilə müştəri kimi oturmuş, onunla türkcə danışaraq, özünü türk vətəndaşı kimi tanıtmış, şəxsi əvvəl Azneft meydanına aparmış, orada avtomobildən düşüb telefonla danışdıqdan sonra, yenidən avtomobilə əyləşmiş və onu sifariş üzrə ikinci ünvana gətirəndə, telefonunda danışığın bitdiyini bildirərək danışmaq üçün telefonu istəmiş, özünə məxsus arxa qabında 100 ABŞ dolları gizlətdiyi «Samsung A12» modelli mobil telefonunu danışmaq üçün ona vermiş, həmin şəxs evə dəyib gələcəyini bildirərək avtomobildən düşmüş, 60 dəqiqə onu gözlədikdən sonra gəlmədiyini görüb, aldandığını başa düşərək hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra həmin mobil nömrəni yığdıqda başqa şəxs götürmüş, həmin şəxs özünü taksi sürücüsü kimi təqdim etmiş, müştərinin ona həmin telefonu 84 manat aldıqdan sonra onda saxladığını bildirmiş, daha sonra 25-ci PŞ-də olarkən telefonu ona geri qaytarılmış, lakin arxasındakı 100 ABŞ dolları olmamışdır. Bu səbəbdən də şikayət etmişdir. Sonda Şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirərək onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən 10 yanvar 2025-ci il tarixdə yazılmış ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ona ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərəri tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-212/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-212/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver