Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2123/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsmayıl qızının nümayəndəsi və vəkili “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Şəxs İsmayıl qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İsmayıl qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-3963/2022 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin X3 ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmri ləğv edilməli, iddiaçı Ş.M.Hacızadəyə məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalı cavabdeh "xxxx" MMC-dən 2.000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq Ş.M.Hacızadəyə ödənilməlidir. Lakin borclu icra məmuru tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq icra sənədi üzrə heç bir hərəkət etmir. Göstərilənlərə əsasən S.İ.Yusubova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon icra şöbəsinin icra məmuru N.H.İbişova inizbati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin Ş.M.Hacızadə ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmri ləğv edilməli, iddiaçı Ş.M.Hacızadəyə məcburi işburaxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalı cavabdeh "xxxx" MMC-dən 2.000 (iki min) manat mənəvi ziyana görə pul tutularaq Ş.M.Hacızadəyə ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmiş, borcluya icra sənədi ilə bağlı xəbərdarlıqlar edilmiş, borclunun məcburi gətirilməsi haqqında xx.xx.2023cü il tarixli qərar qəbul edilmiş, MMC-nin fəaliyyət göstərdiyi ünvana baxış keçirilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən Nəsimi rayon icra şöbəsinə ərizə ünvanlanaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət etdiklərini, Ali Məhkəmənin Aparatı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 1-8/2-HŞ-3936/5- 23/2023 saylı məktubla müəyyən edilir ki, həqiqətəndə Ali Məhkəməsi MK-nın xx.xx.2022ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında "xxxx" MMC-nin ərizəsi Ali Məhkəməyə daxil olmuş və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Hesab edir ki, kassasiya instansiya məhkəməsinin qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələri Ali Məhkəmənin Plenumu tərəfindən təmin edilərsə, o zaman hazırki mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi MKnın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı qətnaməsi də ləğv ediləcəkdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı icra vərəqəsi üzrə e299494/2022-5-22 saylı icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq S.İ.Yusubova barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndə və vəkil Nümayəndə məhkəməyə vəsatət müraciət edərək bildirmişdir ki, borclu "xxxx" MMC Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı icra vərəqəsinin icrasından yayınmır və burada hər hansı qərəz, üzrsüz səbəb mövcud deyil. Belə ki, tərəflərindən icra vərəqəsinin verilməsinə əsas olan Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət edilmiş, Ali Məhkəmənin Aparatı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 1-8/2-HŞ-3936/5-23/2023 saylı məktubla müəyyən edilir ki, həqiqətəndə Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında "xxxx" MMC-nin ərizəsi Ali Məhkəməyə daxil olmuş və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Həmçinin Ali Məhkəmənin Mülki Kollegiyası 13 (102)-74/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla sözügedən mülki işin Ali Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Yuxarıda göstərilənlərlə bağlı, həmçinin icra işinin icraatının dayandırılması ilə bağlı dəfələrlə Nəsimi rayon İcra şöbəsinə, icra məmuru N.İbişovoya müraciətlər etsələrdə heç bir nəticəsi olmamışdır. Hesab edir ki, kassasiya instansiya məhkəməsinin qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələri Ali Məhkəmənin Plenumu tərəfindən təmin edilərsə, o zaman hazırki mülki iş üzrə bütün məhkəmə qərarları, o cümlədən icra vərəqəsi verilmiş Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı qətnaməsidə ləğv ediləcəkdir. Bu da onu deməyə əsas verir ki, Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı icra vərəqəsinin tərəflərindən icra edilməməsi üzrsüz səbəb sayıla bilməz, borclu şəxs olaraq onlar icra vərəqəsinin icrasından qərəzli olaraq yayınmırlar, çünki icra vərəqəsinin verilməsinə əsas olmuş apelyasiya instansiya məhkəməsinin qətnaməsinə və kassasiya instansiya məhkəməsinin qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələri Ali Məhkəmənin Plenumunun icraatlndadır və hesab edirlər ki, ərizələri əsaslı olduğundan Plenum tərəfindən də təmin ediləcəkdir. Bu baxımdan hesab edir ki, Nəsimi rayon icra şöbəsinin icra məmuru N.İbişovanın Şəxs barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni və əsaslı sayıla bilməz. Göstərilənləri nəzərə alaraq borclu "xxxx" MMC-nin direktoru Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasl haqqında ərizənin təmin edilməsi, iddiaçı Ş.MşHacızadənin cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış bütün məhkəmə aktlarını ləğv edilməsi və mülki işi yenidən baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinı göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında "xxxx" MMC-nin ərizəsi Ali Məhkəməyə daxil olmuş və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, sözügedən mülki işin Ali Məhkəməyə göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 01 mart və 18 aprel 2023-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Ali Məhkəmənin Plenumuna müraciət edilmiş, Ali Məhkəmənin Aparatı tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 1-8/2-HŞ- 3936/5-23/2023 saylı məktubla müəyyən edilir ki, həqiqətəndə Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-5141/2022 saylı qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında "xxxx" MMC-nin ərizəsi Ali Məhkəməyə daxil olmuş və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Hesab edir ki, kassasiya instansiya məhkəməsinin qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələri Ali Məhkəmənin Plenumu tərəfindən təmin edilərsə, o zaman hazırki mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi MKnın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı qətnaməsi də ləğv ediləcəkdir. Odur ki, Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı icra vərəqəsi üzrə e299494/2022-5-22 saylı icra icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünalıq və sənədlərin texniki eskpertizasının xx.xx.2023-cü il tarixli, 4/35-5/57 saylı ekspert rəyindən görünür ki, məhkəmə-xətşünalıq ekspertizası üzrə - ekspertizaya təqdim edilmiş Ş.Hacızadənin adından olan xx.xx.2021-ci il tarixli 02 ədəd ərizədə “İşçi (tanış oldum)” qrafalarındakı imzalar və “Ş.M.Hacızadə” əlyazmaları – eyni şəxs - Ş.M.Hacızadə tərəfindən icra olunmuşdur. Sənədlərin texniki ekspertizası üzrə - tədqiqata təqdim edilmiş Ş.M.Hacızadə adından xx.xx.2021-ci il tarixli iki ədəd ərizələrdə əvvəl çap mətni çap edilmişdir, daha sonra imza icra edilmişdir. Təqdim edilmiş Ş.M.Hacızadə adından xx.xx.2021-ci il tarixli iki ədəd ərizələrdə olan “Ş.M.Hacızadə” əlyazısı çap mətni və imza ilə kəsişmədiyi üçün onların icra ardıcıllığı müəyyən edilməsi üzrə tədqiqat işləri aparılmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünalıq eskpertizasının xx.xx.2023-cü il tarixli, 4/550 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Ş.Hacızadənin adından olan xx.xx.2021-ci il tarixli 02 ədəd ərizədə “İşçi (tanış oldum)” qrafalarındakı imzalar və Ş.M.Hacızadı əlyazmaları – eyni şəxs – Ş.M.Hacızadə tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Ş.Hacızadənin işdən azad olunmasına dair xx.xx.2021-ci il tarixli ərizənin tərtib edilməsi ilə əlaqədar cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-nin direktoru S.İ.Yusubova və direktor müavini X2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxılarkən müəyyən edilmişdir ki, icraya başlanmasına səbəb olan Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-3863/2022 saylı iş hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında baxılır. Buna görə də icra sənədinin icrasından qərəzli yayınmanın mövcudluğu şüphə altındadır. Belə ki, borclu barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl mülki işin Ali Məhkəmənin icraatında olduğu bildirilsə də, sonuncu tərəfindən həmin hal nəzərə alınmamışdır. Bununla da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3963/2022 saylı qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəmənin icraatında olduğundan hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.İ.Yusubova tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs S.İ.Yusubovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsmayıl qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2123/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2123/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver