Məhkəmə qərarları › İş №3(006)-2127/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2127/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2127/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6, qərarından şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, QYB 005/20 saylı qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, QYB 005/20 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X9 “xxxx” MMC-də işdən azad olunarkən son haqq-hesabının ödənilməməsi ilə əlaqədar müraciətinə xx xxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsində baxılmış, MMC-nin direktoru olaraq İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat inzibati qaydada cərimə olunmuşdur. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin həmin qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə xx xxxx 2020-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xx xxxxxx 2020-ci il tarixli QVB-005/20 saylı qərarı ilə Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin x xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermək haqqında qərarının ləğv edilməsinə dair şikayətimi təmin etməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Bu barədə xx xxxxxx 2020-ci il trixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “xxxx stone” MMC-yə məlumat verilmişdir. O, “xxxx stone” MMC-in direktoru olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli QVB -005/20 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında Qərarına aşağıdakılara əsasən etiraz edir və İXM-nin 134.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birincisi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərar qəbul edən məmurun Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamından xəbər yoxdur. Həmin məmurlara xartırladır ki, bu Sərəncama əsasən X5 Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən digər bankla yanaşı “xxxx”da da aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, bankda ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitalını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bunu nəzərə alaraq X16 Heyəti tərəfindən xx xxxxx 2020-ci il tarixdən etibarən “xxxx”ın lisenziyasını ləğv edilmişdir. Xatırladaq ki, “xxxx”da yoxlama dövründə bank əməliyyatları aparılmamışdır. İkincisi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona təqdim etdiyi sübutları nəzərə almadan, brtərəfli qaydada, əsassız olaraq onu inzibati xəta törətməkdə təqsirli bilmişdir. Həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə əsassız, qeyri-obyektiv qərar qəbul etmişlər. O, müəssisə rəhbəri olaraq qanunvericiliyin tələblərinə hörmətlə yanaşır. lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti onun iradəsindən asılı olmayaraq hadisənin baş verməsi halını ( fors-major), həmçinin xx xxxx 2020-ci il tarixli 09 saylı, xx xxxx 2020-ci il tarixli 12 saylı və xx xxxx 2020-ci il tarixli 13 saylı məktublarda göstərdiyi səbəbləri nəzərə almamışdır. Həmin məktublarda bildirmişdir ki, “xxxx stone” MMC bank əməliyyatlarını “xxxx” vasitəsi ilə həyata keçirmişdir. Lakin bankın müflisləşməsi (bağlanması) nəticəsində əməliyyatlarda gecikmə yaranmışdır. Bu səbəbdən də X9 işdən azad olunarkən son haqqhesab vermək bank ilə deyil, məxaric orderi ilə ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bilməlidir ki, sonda “xxxx” bağlanmışdır. Onlar məcburiyyət qarşısında məxaric xəzinə orderi vasitəsi ilə ödəniş etmişdir. Onların düşdüyü durumu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti belə nəzərə almaq istəməmişdir. Bunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə verdiyi izahatında da bildirmişdir. Üçüncüsü, İXM-nin 53.0.2-ci və 53.0-ci maddələrinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata xitam verilməlidir.“xxxx stone” MMC-nin rəhbərliyinin əməlində hadisəyə münasibətdə qəsd və ehtiyatsızlıq yoxdur. Əgər əməldə inzibati xəta tərkibi elementlərindən biri istisna olunursa (yoxdursa) məsuliyyətdən söhbət gedə bilməz. Dördüncüsü, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin Vİİİ bəndinə görə heç kəs törətdiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Beşincisi, izahatında qeyd etmişdir ki, “Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeydində deyilir ki, “İşəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə “Bu qayda müştərisi olduğu bank tərəfindən ...bankın müflışləşməsi ...nəticəsində işçilərinə əmək haqqının vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.” Qanunun bu tələbinə əsasən “xxxx stone” MMC-nin direktoru olaraq bir daha bildirir ki, vətəndaş Rəşad Verdiyevin son haqq-hesabının ödənişinin ləngidilməsində onların təqsiri yoxdur. Yuxarıda qeyd etdiyi kimi “xxxx” fəaliyyətinin dayandırılması ilə əlaqədar əmək haqqını ödəyə bilməmişdir. Bu baş verən hadisənin obyektiv səbəbidir ki, bu da onların iradəsindən asılı olmayan (fors-major) haldır. Bu, məsələnin həllində nəzərə alınmalıdır. “xxxx stone” MMC rəhbərliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinə əsaslandırılmış sübut təqdim etmiş, lakin qərar qəbul edilərkən nəzərə alınmamışdı, nəticədə obyektiv olmayan qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş QYB 005/20 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 izahatında göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X2 “xxxx Stone” MMC-nin direktoru olaraq İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat inzibati qaydada cərimə olunmuşdur. Həmin qərardan verilmiş şikayət üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən baxılmış və əsaslı olaraq, xx xxxxxx 2020-ci il tarixli, QYB-005/20 saylı qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Belə ki, X9 şikayət verərək əmək hüquqlarının pozulmasını bildirdikdən sonra aparılmış araşdırmalardan sonra əmək qanunvericiliyində göstərilən son haqq hesabının pozulması faktı aşkar olunmuşdur. X4 iş müqaviləsinə xx xxxx 2020-ci tarixdə xitam verilsə də, işəgötürənin haqq-hesabı ona xx xxx 2020-ci il tarixdə ödənilmişdir. Həmin gecikmənin səbəbi kimi “xxxx” ASC-nin fəaliyyətini dayandırması göstərilsə də, qeyd olunmalıdır ki, həmin bankın fəaliyyəti rəsmi olaraq xx xxxxx 2020-ci il tarixdə dayandırılmış, halbuki, Rəşad Verdiyevin müqaviləsinə xx xxxx 2020-ci il tarixdə xitam verilmişdir. Hətta həmin şəxs bir neçə dəfə müraciət edərək MMC-dən ona ödənilməli olan haqqın verilməsini tələb etmişdir. Lakin MMC vətəndaşın müraciətlərini cavabsız qoymuş və ona ödənilməli haqqı ödəməkdən imtina etmişdir. Yalnız həmin şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətindən sonra öna ödənilməli olan haqq məxaric xəzinə orderi əsasında ödənilmiş, halbuki qanunvericiliyin tələbinə əsasən həmin haqq vətəndaşa işdən çıxdığı xx xxxx 2020-ci il tarixdə verilməli olmuşdur. Qeyd olunanları nəzərə alaraq, şikayətin əsassız olması səbəbindən təmin edilməməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, QYB 005/20 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin “xxxx Stone” MMC-nin direktoru X2 barəsində qəbul etdiyi xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx xxx 2020-ci il tarixli, 60 saylı məxaric xəzinə orderinin surətindən görünür ki, xx xxx 2020-ci il tarixdə X7 525 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən X7 xx xxxx 2020-ci il tarixdə ödənilməli olan ödənc verilmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində qərar qəbul edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, “xxxx” ASC öz fəaliyyətini rəsmi olaraq xx xxxxx 2020-ci il tarixdə dayandırmış və bu inzibati xətanın törədilməsindən sonra baş vermişdir. X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətindən sonra aparılmış araşdırmalar barəsində MMC xəbərdar edildikdən sonra həmin şəxsə məxaric xəzinə orderi ilə ödəmə həyata keşirilmişdir. Bu hal isə MMC-nin məhz inzibati məsuliyyətə cəlb olunması ehtimalını bildikdən sonra ödəməni həyata keçirməsini ehtiva etmişdir. “xxxx” ASC tərəfindən hər hansı gecikmənin edilməsi isə ümumiyyətlə toplanmış sənədlərlə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, QYB 005/20 saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «xxxx Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, QYB 005/20 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar