Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2128/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə Naxcıvan MR, Naxcıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Naxcıvan MR, Naxcıvan şəhəri, Qaraxanbəyli ərazi dairəsi, Qaraxanbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs avtomobili idarə edərəkən onun tərəfindən ictimai qaydaları və əhalinin dincliyini nümayişkar şəkildə pozan, cəmiyyətə hörmətsizlik edən yol hərəkət qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayət olunan hərəkətlərə görə saxlanılmışdır. Yoxlama zamanı sürücünün avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020-ci il tarixdə axşam saatlarında dostları ilə vaxt keçirən zaman tərkibində alkoqol olduğunu bilmədiyi energetik içki qəbul etmiş, az sonra evdən övladının xəstə olması barədə zəng gəlmiş, o da bu səbəbdən tələsərək avtomobili sürət həddindən təxminən 5-10 km/saat artıq sürətlə idarə etmiş və avtomobil çox olduğu üçün onları ötməyə başlamışdır. Bu zaman YPX əməkdaşları onu saxlayıb və protokol tərtib etmişlər. Şəxs özünü qismən təqsirli bilərək, avtomobili idarə edərkən yüngül içkili olmasının üzürlü hesab edilməsini, habelə onun avtoxuliqanlıq etməməsini, ümumiyyətlə onun nə yaşına nə də cəmiyyətdə tutduğu mövqeyə yaraşmayan hərəkət olduğunu bildirmış və himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq barəsində daha yüngül cəza növünün seçilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxx 2020-ci il tarixli 2/12846 saylı aktdan görünür ki, həmin tarixdə Şəxs sərxoş olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:45 radələrində BMW markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən səndələrin təqdim edilməsi üçün saxlanılmış, yoxlama zamanı sərxoş olması müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkmə həmçinin onuda qeyd etməyi zəruri hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, avtoxuliqanlığın obyektiv cəhəti aşağıdakı əlamətlərə malik olan qərəzli hərəkətlərdən ibarətdir. 1) bu hərəkətlər ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalıdır; 2) bu hərəkətlər cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; 3) bu hərəkətlər yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunmalıdır. Bu əlamətlərin mövcud olması ilə törədilən qərəzli hərəkətlər avtoxuliqanlıq hesab edilir və həmin əlamətlərdən birinin olmaması bu inzibati xətanı istisna edir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Əhalinin dincliyi ictimai qaydanın tərkib hissəsi olub, hər kəsin sərbəst surətdə istirahət etməsi, işləməsi və fərdi tələbatını təmin edən fəaliyyətlə məşgul olması üçün zəruri olan şərait kimi başa düşülür. İctimai qaydanı və əhalinin dincliyi nümayişkaranə pozan hərəkətlər dedikdə, ictimai və ya ayrı-ayrı şəxsi mənafelərə madi və ya mənəvi zərər vuran və ya cəmiyyətə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər dedikdə, ətrafdakı digər sürücülər, piyadalar və başqa şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamə tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının tapdalanması, qeyri-müəyyən dairədən olan insanların və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Avtoxuliqanlıq zamanı bu əməli törədən şəxsin hərəkətləri konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin özünə və ya müəyyən bir qrupa məsələn konkret məhəllədə yaşayan sakinlərə qarşı yönəlmiş olmalıdır. Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması dedikdə isə nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkətinin qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozan bir neçə müxtəlif hərəkətlərə ardıcıl olaraq yol verməsi, yaxud yol hərəkəti qaydalarını pozan eyni bir hərəkəti müəyən müddət ərzində qısa zaman fasilələri ilə bir neçə dəfə təkrar etməsi başa düşülür. Bu nəqliyyat vasitəsi ilə bir neçə qayda pozuntusuna ardıcıl olaraq yol verilməsində (məsələn sürət rejimini, eyni zamanda manevr etmə qaydasını, ardınca yolayrıcını keçmə qaydasını pozma və. s., ətrafdakıları (xüsusən yol hərəkətinin digər iştirakçılarını) nəzərə almadan yol hərəkəti qaydasını pozmaqda davam etmədə (məsələn, qarşı hərəkət zolağına çıxaraq, səs siqnalı verməklə hərəkəti davam etdirmə) və başqa bu kimi qərəzli hərəkətlərdə ifadə oluna bilər. Şəxs avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməsi məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu barədə qanunvericiliklə müəyyən edilmiş mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini İXM-nin 333.1-ci maddəsinə dair hissədə səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməli və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2128/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2128/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver