Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2129/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Şəxs Mənzil Tikinti-Kooperativinin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, mənzil 16, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin tərəfindən Şəxs Mənzil Tikinti-Kooperativi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Moskva prospekti 72 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da X3 və digər 3 nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Nəticədə Şəxs Mənzil Tikinti-Kooperativi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X15 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək inzibati xətanın Azərbaycan Respublikasının Prezidenti X7 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi tərəfindən aparılmış yoxlama zamanı aşkar edildiyini, icraat aparılarkən hər hansı pozuntuya yol verilmədiyini, inzibati xətanın iş materialları və protokola əlavə edilmiş videogörüntü ilə tam təsdiq edildiyini bildirərək Şəxs MTK-nın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti X7 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi haqqında 02 mart 2023-cü il tarixli, 3-45/3-2-11/2023 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikinti sahəsində qeyri-formal məşğulluğun olmasına dair dövlət orqanlarından daxil olan hesabatların və zəruri olan digər materialların araşdırılması və aparılmış müqayisəli analitik təhlillər əsasında aşkar edilmiş şübhə hallarının yerində araşdırılması məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, “Tikinti sənəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 6-cı hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətindən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə və insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olmasına dair şübhələrə əsaslanaraq Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Moskva prospekti 72 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı Şəxs Mənzil Tikinti-Kooperativində (VÖEN: **********) 7-10 mart 2023-cü il tarixlərində (3 iş günü müddətində) qərar ilə tərkibi müəyyən edilən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X21 X2 tərəfindən plandankənar yoxlama (monitorinq) həyata keçirilməsi, plandankənar yoxlama (monitorinq) Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli, **********00674 nömrəli əmri ilə təsdiq edilmiş və reyestrdə qeydiyyata alınmış yoxlama suallarına uyğun olaraq aparılması, plandankənar yoxlamada X21 X1 Əmək münsibətlərinin monitoriqlərinin təşkili sektorunun müdiri X16, həmin sektorun baş məsləhətçi X10, böyük məsləhətçi X11, aparıcı məsləhətçiləri X5, X17, məsləhətçilər X12, X8, Rzazadə Zöhrab Vəkil oğlu, X6 iştirakları təmin olunması qərara alınmış, əsas isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində yoxlamaların aparılması ilə bağlı bəzi münasibətlərin tənzimlənməsi haqqında” 11 sentyabr 2017-ci il tarixli, **********00674 nömrəli əmri və Əmək X1 28 fevral 2023-cü il tarixli, 3-45/3-492/2023 nömrəli məktubu ilə təqdim edilən 30047 və 30049 nömrəli tikinti obyektində plandankənar yoxlamanın (monitorinqin) keçirilməsi zərurətinə dair Əsaslandırma göstərilmişdir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2023-cü il tarixli, KY231899280 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Prezidenti X7 və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi “tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 28 aprel 2017-ci il tarixli fərmanına əsasən tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində nəzarət üzrə Şəxs Mənzil Tikinti- Kooperativində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünü idarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 09 mart 2023-cü il tarixli yoxlama aktının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Moskva prospekti 72 ünvanında yerləşən Şəxs Mənzil Tikinti-Kooperativində aparılan yoxlamada iştirak edən yoxlayıcı (yoxlayıcılar) X21 X1 Əmək münsibətlərinin monitoriqlərinin təşkili sektorunun müdiri X16, həmin sektorun baş məsləhətçi X10, böyük məsləhətçi X11, aparıcı məsləhətçiləri X5, X17, məsləhətçilər X12, X8, Rzazadə Zöhrab Vəkil oğlu, X18 olmuş, yoxlama aparılması haqqında qərar və sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat sahibkarın səlahiyyətli nümayəndəsinə yoxlamanın keçirilməsinə dair qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, yoxlama suallarının siyahısı, video və foto avadanlıqlardan çəkiliş aparılmasına dair bildiriş və CD (qanunvericilik aktları və digər sənədlər) təqdim olunmuş və ona yoxlamanın aparılması ilə bağlı hüquq və vəzifələri elan edilmişdir. İş materiallarında olan Şəxs Mənzil Tikinti-Kooperativi tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışdan görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli, 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X21 X2 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 02 mart 2023-cü il tarixli 3-45/3-2-11/2023 qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Moskva prospekti 72 ünvanında tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı Şəxs Mənzil Tikinti-Kooperativində (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 09 mart 2023-cü il tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 34 nəfər şəxs yolanılmışdır. Tikinti obyektinin podratçısı Şəxs Mənzil Tikinti-Kooperativində trəfindən işə cəlb edilmiş 29 şəxslə əmək müqaviləsinin bağlandığı, 4 şəxslə isə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuşdur. Yoxlamaya cəlb edilmiş şəxslərdən 1 nəfərin (X9) monitorinq aparılan tikinti obyektində fəaliyyət göstərən subyektlə ("xxxx" MTK) hər hansı bağlılığının olmadığı müəyyən edilmişdir. Yoxlamaya cəlb olunmuş həmin şəxsin izahatı alınmış və kənar şəxs olaraq qeyd edilmişdir. Aparılmış monitorinqin nəticələrinə dair məcmu statistika və əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edilən şəxslərin siyahısı təqdim edilmiş tikinti obyektində yoxlanılan şəxslərin siyahısından görünür ki, X3, X25, X13 və X19 əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin yerinə yetirilməsi cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr, Moskva prospekti 72 ünvanında xx.xx.2023-cü il tarixdə saat 11:00-da X3 və digər 3 nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarında olan diskə baxış keçirilmiş və görüntülərdə yuxarıda adları çəkilən şəxslərin təqdim edilən sənədlərə imza edərək həqiqətən də Şəxs Mənzil Tikinti- Kooperativində onlar barəsində əmək müqavilə bağlanmasından və ya müvafiq qaydada hüquqi qüvvəyə minməsindən xəbərsiz olaraq işlədiklərini etiraf etdikləri görünür. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Mənzil Tikinti-Kooperativi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən Şəxs Mənzil Tikinti- Kooperativi tərəfindən ünvan 2 ünvanda çoxmənzilli yaşayış binasının tikintisində 4 nəfər şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bu fakt xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X21daşları tərəfindən aparılan yoxlama zamanı aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs Mənzil Tikinti-Kooperativinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs Mənzil Tikinti-Kooperativinin törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs Mənzil Tikinti-Kooperativi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Mənzil Tikinti-Kooperativi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2129/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2129/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver