Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2131/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 DYPŞ-nin Yol patrul xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 10:55-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində xidmət aparılan zaman xx xxxxx 1994-cü il təvəllüdlü Şəxs idarə etdiyi «ZAZ 968M MİNİK» markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs siqnalı ilə təchiz edilməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış haqqında və nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs idarə etdiyi «ZAZ 968M MİNİK» markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində xüsusi (çox avazlı) səs siqnalı ilə təchiz edilməsi aşkar edilmiş və həmin səs siqnalı müsadirə olunmuşdur. İş materiallarında olan A.Hüseynzadə tərəfindən tərtib edilmiş və C.Hüseynov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi «ZAZ 968M MİNİK» markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən götürülmüş xüsusi (çox avazlı) səs siqnalı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət yaranır. Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, Bakı şəhəri DYPİ polis leytenantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan sayrışan işıq siqnalı müsadirə olunmaqla cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib xüsusi (çox avazlı) səs siqnalı müsadirə olunmaqla 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov İş № 3(006)-2131/2020 BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU xx xxxxxxx 2020-ci il Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara Nəsimi rayon məhkəməsinin binasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 14:00-da açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsə və protokolu tərtib etmiş Nəsimi Rayon Polis İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsədə, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə yerində müşavirə edərək qərara alır: İşə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş üzrə məruzə edərək, bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X9 DYPŞ-nin Yol patrul xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 10:55-də Bakı şəhəri, Nəsimi rayonu ərazisində xidmət aparılan zaman xx xxx 1990-cı il təvəllüdlü Şəxs idarə etdiyi «ZAZ 968M MİNİK» markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs siqnalı ilə təchiz edilməsi müəyyən edilmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına gedir. Müşavirə otağından qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermə müddəti və qaydasını izah edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(006)-2131/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ xx xxxxxxx 2020-ci il Bakı şəhəri Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ Dövlət X7 daxil olmuş materiala baxılır. Məhkəmə iclası saat 14:30-da açıldı. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlmiş, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs gəlməmişdir. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsdən məhkəmə iclasının protokolu tərtib edən polis əməkdaşının iştirakı olmadan keçirilməsinin mümkün olub-olmaması barədə soruşur. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - etiraz etmirəm. Məhkəmə yerində müşavirə edərək qərara alır: Protokolu tərtib edən polis əməkdaşının iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyənləşdirir: Barəsində inzibati qaydada icraat aparılan şəxs: Şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olan. Sədrlik edən hakimi və katibi elan edir. Hakim X4 Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızı. Sədrlik edən proses iştirakçısından hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur. Məhkəmədə hüquqlarımı özüm sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işimə baxılmasını xahiş edirəm. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat vermək üçün söz verir. Barəsində inzibati qaydada icraat aparılan X1 izahatı: Törətdiyim inzibati xətada özümü təqsirli bilirəm və bildirirəm ki, xx.xx.2017-ci ildə saat 23:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan, özünə məxsus Lada Priora markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ilə hərəkət edərək 23 saylı orta məktəbə çatmamış yolun sağ tərəfindən avtobusun qabağından qəfil çıxaraq yolu qaçıb keçmək istəyən bir azyaşlı oğlan uşağı maşının qarşıma çıxdı. Həmin an əyləcdən istifadə etsəm də məsafə az olduğundan azyaşlı uşağı maşının ön hissəsi ilə vurdum, dərhal avtomaşını saxlayıb uşaq xəsarət aldığı üçün onu avtomaşınıma mindirib 1 saylı KTM apardım. Xəstəxanada həkimlər uşağa tibbi yardım göstərdilər, uşağın valideyni ilə əlaqə saxlayıb xəstəxanaya çağırdım. Xəstəxanada lazım olan bütün müalicə xərclərini ödədim. Avtomaşını mən saatda 50 km/saat sürəti ilə idarə etmişəm, azyaşlı uşağı avtobusun qarşısından qaçaraq yola çıxdığını təxminən 1-2 metr məsafə qalmış gördüm, bu zaman əyləcdən istifadə edib hadisənin qarşısını almağa çalışdım, lakin məsafə az olduğundan qəza qaçılmaz oldu. Suallar daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə və zərərçəkmiş şəxsə söz verilir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Yüngül cəza verilməsini məhkəmədən xahiş edirəm. Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu xx xxxxxx 2018-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi: BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 tel: 431-37-22; 055 363 20 26 xx xxxxxx 2017-ci il iş № 3(006)-764/2017 X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 48E Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, Kənar dairəvi yolun kesişməsi Nəsimi rayon məhkəməsinin 3(006)-764/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti. Hakim Şəlalə Həsənova xx xxxxxx 2017-ci il iş № 3(006)-764/2017 X3 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 48E Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, Kənar dairəvi yolun kesişməsi Nəsimi rayon məhkəməsinin 3(006)-764/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №3(006)-2131/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2131/2020
01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver