Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2135/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(006)-2135/2022 saylı qərarı ilə (hakim E.M.Hüseynov) Bakı Nəqliyyat Agentliyinin 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Daha sonra Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 3(103)- 2167/2022 saylı qərarı ilə (hakim Z.B.Babayev) Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(006)-2135/2022 saylı qərarı, eləcə də məhkəmənin 17 iyun 2022-ci il tarixli, 3(006)-2135/2022 saylı inzibati xəta haqqında işə baxılmağa hazırlanmasına dair qərardadı Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi E.R.Səfərov tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Şikayətçilər ərizəsini onunla əsaslandırmışlar ki, 07 yanvar 2022-ci il tarixdə Q.V.İsgəndərova məxsus olan xx.xx.2017-ci il tarixində Sumqayıt şəhər 4 saylı notariat ofisində verilmiş 7E-65387 reyestr nömrəli etibarnamə əsasında idarəetmə səlahiyyəti olan “X5” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində xx.xx.2022-ci il tarixdə, saat 10:14:02-da (də) Bakı Nəqliyyat Agentliyinin Hikvision, DS-2DF8236İX-AEL.W(BNA) tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə BNA №2004518 saylı qərar qəbul edilmişdir. O, həmin tarixdə avtomobili idarə etməmiş, tam əksinə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. (bunu təsdiq edən arayışı təqdim edir). Nəqliyyat vasitəsini həmin vaxt AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AB813322 seriya və nömrəli qeydiyyat vəsiqəsinə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi - atası Q.V.İsgəndərov Q idarə etmişdir (mülkiyyətçi olduğuna dair arayış əlavə edilir). Bundan əlavə, Q.V.İsgəndərov məhkəməyə bildirir ki, Bakı Nəqliyyat Agentliyinin verdiyi İXM-in 346.1-ci maddəsi ilə qəbul olunan qərar əsassız olaraq tərtib edilmişdir. Çünki qərarın qəbul edilməsinə səbəb olan hadisədə onun təqsiri olmamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 10:08 radələrində Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi ilə hərəkət edərkən işlə əlaqədar telefonuna zəng gəldiyi üçün nəqliyyat vasitəsini dayanma qaydalarına riayət edərək dayandırıb, nəqliyyat vasitəsini dayandıran zaman özü nəqliyat vasitəsini tərk etmədən telefon danışığını aparmışdır. Onun belə etməsinə səbəb inzibati xəta hadisəsi törətməmək olmuşdur. BNA-ın qərara əlavə etdiyi foto şəkillərdən də göründüyü kimi o, nəqliyyat vasitəsini yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə saxlamışdır, bununla da idarə etdiyi nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratmamışdır. Bundan əlavə nəqliyyat vasitəsinin ön işıqlarının yanılı olduğu da fotoşəkillərdə öz əksini tapıb. Bu da sübut edir ki, o həmin vaxt nəqliyyat vasitəsini tərk etməyib. Lakin sonradan (o, hərbi xidmətdən qayıtdıqdan sonra ASAN login hesabına baxdıqda) müəyyən olmuşdur ki, Bakı Nəqliyyat Agentliyi dayanmaq qaydalarına riayət edilmədiyi üçün avtomobil cərimələnmişdir. Bununla bağlı onun müraciəti əsasında qərar və ona əlavə edilmiş şəkillər xx.xx.2022-ci il tarixində onlara təqdim edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyin və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Göründüyü kimi inzibati tənbeh tətbiq edildiyi İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasından bəhs edilən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmamışdır. Buradan da görünür ki, İXM-nin 122.1-ci maddəsinin müəyyən etdiyi qaydalar pozulmaqla, həmin qaydalardan kənara çıxılmaqla, şəxs barəsində İXM-nin 346.1-ci macdəsi ilə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXMnin 122.1-ci maddəsindəki qaydalarla əldə edilmiş sübut, İXM-nin 346.1-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində şəxsin əlehinə istifadə edilə bilməz. Bundan əlavə təqdim edilmiş fotoşəkillərdən görünür ki, Q.V.İsgəndərova məxsus nəqliyyat vasitəsi yolun sağ tərəfində saxlanılmış, küçə və yolun bilavasitə qarşısında dayanmanı və durmanı qadağan edən qadağan nişanları qoyulmamışdır. Həmçinin BNA-nın kamerasında qeydə alınmış fotoşəkillərdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafədə dayandığı ilə bağlı ölçü göstərilməmişdir. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomcbil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır. Bununla da şəxs barəsində inzibati tənbeh vermə qərarı qəbul edilərkən onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimincə elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Lakin iş üzrə qərardan da görünür ki, sözügedən qərarın imza bölməsində BNA-nın dayanma, durma və parklanma qaydalarının nizamlanması şöbəsinin müdiri v.m.i.e Vüqar Hüseynov yazılıb. Lakin həmin qərar “elektron imza ilə” təsdiqlənməmişdir. Bundan əlavə həmin qərar onu qəbul etmiş V.Hüseynov tərəfindən imzalanmamışdır. Beləliklə imzalanmamış qərarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Burada törədilməsi ehtimal edilən inzibati xəta əməli üzrə tənbeh Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə qərara alındığından, Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinin təsiri altına düşmür. İş materillarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, “X5” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixində, saat 10:08:41-10:14:02da(də) Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində 3.28 “Durmaq qadağandır” yol nişanının təsir dairəsində saxlanması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, məhz həmin ərazidə olan kamera (kameranın nömrəsi: F8:4D:FC:33:EC:1A) vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İXMin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Q.V.İsgəndərov tərəfindən nəqliyyat vasitəsi dayandırılan zaman o, nəqliyyat vasitəsini tərk etmədən telefon danışığı aparmışdır. Göründüyü kimi nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsində olduğundan onun iştirakı ilə müvafiq qərar qəbul edilməli idi. Bundan əlavə əgər BNA tərəfindən inzibati xəta İXM-nin 122-ci maddəsi ilə deyil, İXM-nin 124-cü maddəsi qaydasında aparılmışdırsa da, yenə də İXM-nin tələbləri pozulmuşdur. Çünki belə olduğu təqdirdə aşağıdakılara əsasən hesab edir ki, onda İXMnin 124-cü maddəsi ilə inzibati xəta üzrə icraat aparılması qaydası pozulmuşdur. Çünki iş üzrə hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İş üzrə icraat İXM-nin 124.5-ci maddəsi ilə də aparılmamışdır. Çünki həm İXM-nin 124.5, həm də İXM-nin 124.6-cı maddələrindəki qərarlar yalnız bort-komputer vasitəsilə tərtib olunmalı idi. Belə olduğu təqdirdə inzibati xəta, yuxarıda qeyd edildiyi kimi İXM-nin 124.5, 124.6-cı maddəsində nəzərdə tululmuş qaydada yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bortkompüter vasitəsilə tərtib olunmamışdır. Belə olduğu təqdirdə icraat zamanı ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməliydi, bundan sonra qərar qəbul edilə bilərdi. Çünki İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzihati xətalar səlahiyyəti vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanıra göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin göründüyü kimi hazırki iş üzrə ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Bu da o, deməkdir ki, sözügedən qərar İnzibati Xətalar Məcəlləsinin həm 122.1, həm də 124.5 və 124.6-cı maddələrinin tələbləri pozulmaqla rəsmiləşdirilmişdir. Yəni qərar həmin qaydalardan kənara çıxılmaqla qəbul edildiyindən şəxsin əleyhinə istifadə oluna bilməz. Bundan başqa iş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, Q.V.İsgəndərov “X5” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ tərəfində saxlamışdır. Dayanma və durmanı qadağan edən qadağar nişanlarının olub-olmaması, olduğu təqdirdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafəde dayandığı ilə bağlı ölçülər göstərilməmişdir. Belə olan halda, onun əməlində Azərbaycan Respublikası İXM-nin 346.1 -ci maddəsndə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilə bilməz. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA2004518 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Y.Q.İsgəndərov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA2004518 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi Q.V.İsgəndərova və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinə lazımi qaydada məlumat verilsə də, şikayətçi Q.V.İsgəndərov və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçi Q.V.İsgəndərovun və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(006)-2135/2022 saylı bildirişdən görünür ki, Bakı Nəqliyyat Agentliyinə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2022-ci il tarixli reyestrin 04 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, şikayətçi Q.V.İsgəndərova məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 26 sentyabr 2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(006)-2135/2022 saylı bildirişdən görünür ki, şikayətçilər və Bakı Nəqliyyat Agentliyinə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(006)-2135/2022 saylı bildirişdən görünür ki, şikayətçilər və Bakı Nəqliyyat Agentliyinə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Y.Q.İsgəndərov xx.xx.2022-ci il tarixdə, saat 10:14-də Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində “X5” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən dayanma və ya durma qaydalarını pozmuş və bununla da, barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi BNA-nın “Hikvision DS-2DF82361X-AELW” markalı TŞ kameraları vasitəsi ilə aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş foto-şəkildən müəyyən edilir ki, Y.Q.İsgəndərovun idarə etdiyi “X5” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkəti uzaqdan çəkilişlə qeydə alınmışdır. İş materiallarında olan elektron poçtdan görünür ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşı Nigar Həsənovaya məxsus mailto:Nhasanova@bna.azElektron ünvan elektron poçtundan şikayətçi Y.Q.İsgəndərova barəsində tərtib edilmiş protokol və qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar 08 iyun 2022-ci il tarixdə souncuya göndərilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 3(006)-2135/2022 saylı qərardadından görünür ki, Y.Q.İsgəndərov və Q.V.İsgəndərov tərəfindən Bakı Nəqliyyat Agentliyinin 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Y.Q.İsgəndərov xx.xx.2022-ci il tarixdə, saat 10:14-də Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində “X5” minik markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, BNAnın əməkdaşları tərəfindən onun orada olması və Azərbaycan Respublikasının İXM-nin 124.6-cı maddəsi nəzərə alınmadan barəsində dayanma və ya durma qaydalarını pozması halına yol verməsi ilə bağlı 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi bilavasitə BNA-nın səlahiyyətli əməkdaşları tərəfindən deyil, BNA-nın “Hikvision DS-2DF82361X- AELW” markalı TŞ kameraları vasitəsi ilə uzaqdan foto çəkiliş aparılmaqla aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə əsasən həmin Məcəllənin 346.1-ci maddəsinin tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsinin yanında olmadığı və səlahiyətli şəxs tərəfindən bilavasitə bort kompuyer və ya planşet kimi texniki vasitələrlə foto və ya video çəkiliş aparılmaqla inzibati xəta hadisəsini aşkar etdiyi hallarda yaranır. Belə olan halda Y.Q.İsgəndərovun əməlində ona istinad edilən inzibati xəta üzrə icraat inzibati xətalara dair qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbirinin tətbiq edilməsi yolverilməzdir. Bundan başqa, şikayətçi ərizəsində barəsində qəbul edilmiş qərarın qanunla müəyyən edilmiş müddət ərzində yəni dərhal deyil, həmin qərarın onun müraciətindən sonra 08 iyun 2022-ci il tarixdə şəxsi elektron kabinetinə yerləşdirildiyini həmçinin həmin qərarda da səlahiyyətli şəxsin imzasının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar şikayətçi Y.Q.İsgəndərovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddələri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən (İXM-nin 124-cü maddəsi inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, Y.Q.İsgəndərov tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə əhatə olunan əməl foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə, yəni “Hikvision DS-2DF82361X-AELW” markalı TŞ kameraları vasitəsi ilə aşkar edilmişdir. Həmin inzibati xətalar bilavasitə səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar edilməmiş, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi inzibati xətanın törədildiyi yerdə olmamaqla həmin inzibati xətanı yerində aşkar etməmişdir. Həmçinin Y.Q.İsgəndərov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində sonuncunun şəxsi elektron kabinetinə yerləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində həmin Məcəllənin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəzərdə tutulmamış, həmin maddə üzrə belə bir icraatın aparılma qaydası müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və Y.Q.İsgəndərovun barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Y.Q.İsgəndərovun əməlində inzibati xəta hadisəsi olmadığından şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin 07 yanvar 2022ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı Nəqliyyat Agentliyinin 07 yanvar 2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2135/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2135/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver