Məhkəmə qərarları › İş №3(006)-2138/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2138/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2138/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 44, mənzil 24-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:40-da idarə etdiyi “Toyota Prius” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, N.Yusifbəyli küçəsində hərəkətdə olan zaman piyada Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı İlham Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində Nəsimi rayonu, N.Yusifbəyli küçəsində “Toyota Prius” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yolun sağ tərəfində dayanmış “Ford Fusion” markalı avtomobildən sürücü düşüb tez addımlarla piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçməyə başlamışdır. Aralarında təxminən 8-10 metrə məsafə olmuş və avtomobilin sürəti təxminən 45-50 km/saat idi. Həmin sürücü yolun ortasındakı qoşa xəttə çatan anda anidən geriyə qayıtmış, aralarında 1-1,5 metr məsafə qaldığı üçün o, avtomobilin əyləcini bassa da, toqquşmanın qarşısını almaq mümkün olmamışdır. Nəticədə həmin sürücü yerə yıxılmışdır. O, avtomobili yolun kənarında saxlayaraq dərhal sonra adı ona məlum olan Zərərçəkmiş şəxs yaxınlaşıb hal-əhvalını tutmuşdur. Zərərçəkmiş şəxs da özünü normal hiss etdiyini bildirmiş və yola davam etməyi təklif etmişdir. O, həmin şəxsə onun avtomobilinin ön sol işiğının sındığını deyib zərəri ondan istəsə də, sonuncu buna irad bildirib onu vurduğunu söyləmişdir. O isə günahın onda olduğunu demişdir. Sonra hadisə yerinə polis və təcili tibbi yardım gəlmişdir. Aparılmış araşdırma ilə razı deyil. Çünki, hadisə yerinin sxemi iştirakı ilə tərtib edilməyib, ekspertizanın keçirilməsindən xəbəri olmayıb, ekspert rəyi ilə də tanış deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdırıb və hadisə yerinin video görüntülərinə baxaraq hesab edir ki, iş üzrə bütün hallar ətraflı araşdırılmamış, hadisənin baş vermə anı və şəraiti yetərincə tədqiq olunmamış, hadisə yerinin sxemi tərəflərin iştirakı ilə görüntülərə uyğun tərtib edilməmiş, barəsində icraat aparılan şəxs ekspert rəyi ilə tanış edilməmişdir. Belə olan halda inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Bu Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar