Məhkəmə qərarları › İş №3(006)-214/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-214/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-214/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 07 yanvar 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2014-cü il tarixli, 1iqt(81)-429/2013 saylı icra vərəqəsi borclu "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən icra olunmamış və bununla bağlı hər-hansı göstəriş verməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-214/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru Məmmədov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmiş və verilmiş apelyasiya şikayəti nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1008/2021 saylı, 06.05.2021 tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-214/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs və icra məmuru Azər Heydərov məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə Şəxs və icra məmuru Azər Heydərovun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 yanvar 2013-cü il tarixli, 2iqt(81)-429/2013 saylı icra vərəqəsinə əsasən 07 iyul 2010-cu il tarixli, 10/45 saylı və 14 dekabr 2010-cu il tarixli 10/148 saylı daxili lizinq müqavilələri üzrə ödənilməmiş 12853,42 ABŞ dolları və 1285,34 ABŞ dolları dəbbə pulu, cəmi 14138,76 ABŞ dollarının manat ekvivalentinə bərabər məbləği və ödənilmiş dövlət rüsumunun 18 manatı cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı Azərbaycan Lizinq Şirkəti MMC-nin hesabına ödənilməlidir. İş materiallarında olan Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru R.Quliyevin 28 oktyabr 2014-cü il tarixli icra ödənişinin alınması barədə qərardan görünür ki, borclu "xxxx" MMC-dən ümumi borcun 7%-i, yəni 780 manat məbləğində icra ödənişi məbləğində icra ödənişi alınması və icra ödənişinin 25%-i dövlət büdcəsinə, qalan hissəsi icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru R.Quliyevin 02 sentyabr 2019-cu il tarixli borclunun hesab üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, "xxxx" (VÖEN: **********) MMC-nin bank hesabının (hesablarının) üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin təsisçisi Eldar Xəlilov tərəfindən imzlanaraq möhürlənmiş 15 mart 2018-ci il tarixli və 17 aprel 2018-ci il tarixli təsisçi qərarlarından görünür ki, Şəxs 15 mart 2018-ci il tarixdə "xxxx" MMC-nin direktoru təyin edilsə də, 17 aprel 2018-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs 15 mart 2018-ci il tarixdən 17 aprel 2018-ci il tarixədək "xxxx" MMC-nin direktoru olduğundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2014-cü il tarixli, 1iqt(81)-429/2013 saylı icra vərəqəsi üzrə sonuncunun MMC-nin rəhbəri olaraq inzibati məsuliyyət daşımadığı müəyyən olunmuşdur. Beləliklə, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar