Məhkəmə qərarları › İş №3(006)-2140/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2140/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2140/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 barəsində tərtib edilmiş 25 iyun 2021-ci il tarixli, İXP4035720 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində 25 iyun 2021-ci il tarixdə tərtib edilmiş İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, barəsində 25 iyun 2021-ci il tarixli, İXP4035720 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarı mübahisələndirən şikayətçi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmiş, eyni zamanda X2 barəsində inzibati tənbeh vermə haqqında qərar 25 iyun 2021-ci il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən və qərar qanuni qüvvəyə mindikdən sonra mübahisələndirilmiş, bu qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə xahiş olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də dair şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 barəsində tərtib edilmiş 25 iyun 2021-ci il tarixli, İXP4035720 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar