Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2143/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə X2 Bakı şəhər Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində hərəkətdə olarkən Bakı şəhər Səbail Rayon Dövlət Yol Polisi ŞöbəsininYol Patrul xidməti inspektoru X4 tərəfindən karantin postunda saxlanılaraq barəsində epidemiya əleyhinə rejimin pozulması ilə əlaqədar qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, dövlət qulluqçusu qismində Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının bütün məhkəmələrinə təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçk iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması tövsiyyə edilmişdir.Bununla bağlı onun işlədiyi məhkəmənin də fəaliyyəti qismən dayandırılmış və rəhbərlik tərəfindən işçilərin zəruri olmadığı halda işə gəlməməsi tovsiyə edilmişdir.Ölkə üzrə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur.Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən məhkəmə orqanlarının əməkdaşlarına ölkə ərazisində xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilmişdir.xx.xx.2020-ci il tarixdə o, işə gəldikdən sonra saat 13:46 radələrində öz şəxsi işlərini həll etmək məqsədilə SMS icazə almış, S.Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində olan postda polis əməkdaşına müvafiq icazəni göstərmiş, sonuncu ona icazənin yaşayış yerini tərk etdiyi zaman deyil, bir neçə dəqiqə öncə alındığına dair öz iradını bildirmişdir. Bundan sonra o, məhkəmənin əməkdaşı olması ilə bağlı iş yerinə dair arayışı təqdim etmiş,polis əməkdaşının ona əgər dövlət qulluqçusudursa nə üçün bundan əvvəl SMS icazə alaraq hərəkət etdiyisualına cavab olaraq yalnız işlə bağlı olmayan şəxsi məqsədləri üçün SMS icazə sistemindən istifadə etdiyini bildirsə də, barəsində karantin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsi üzrə protokol tərtib edilmişdir. Lakin həmin vaxt barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surəti ona təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhər Səbail Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - 69 saylı vəsiqənin (xx xxxxxx 2020-ci il tarixinədək etirbarlıdır) surətindən aydın olur ki, X3 Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis (operator) vəzifəsində işləyir; - xx.xx.2020-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protokola görə X3 həmin günü saat 13:45-də Səməd Vurğun küçəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 124 saylı Qərarının 1-ci bəndinə görə x xxxxx 2020-ci il saat 00:00-dan xx xxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri aşağıdakı qaydada tətbiq edilir: aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir: Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları; Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri; 2 İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları; dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları; dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli əlavə); dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları; hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər; kütləvi informasiya vasitələrinin əməkdaşları; Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 163 saylı Qərarının 1-ci bəndinə görə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmışdır. Göründüyü kimi, X3 Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləyir və onun 2020-ci il aprelin 5-dən mayın 31-dək ölkə ərazisi üzrə hərəkətinə xidməti vəsiqəsi əsasında icazə verilmişdir. Bununla da onun tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı müəyyən etdiyi qaydaların pozulması faktı müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhər Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2143/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2143/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver