Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2145/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis tərtib etmiş şəxs: bölməsinin sahə inspektoru X3 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.2000-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, ev 49A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2022ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edərək saxlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs narkotik vasitə əldə edilməsi, saxlanılması və gəzdirilməsi barədə əsaslar olduğundan o, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəng kağızına bükülmüş bükümü təqdim etmişdir. Şəxs təqdim etdiyi siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisindəki maddənin heroin olduğunu və onu şəxsi istifadə üçün “Fərid” olaraq tanıdığı şəxsdən Bayıl qəsəbəsində hadisədən 1 gün əvvəl 20 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2022-ci il tarixli, 3243 saylı rəyinə görə Şəxs opioidlərdən və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 5 ildir narkotik vasitədən istifadə edir. Bu səbəblə artıq onda narkotik maddəyə aludəçilik yaranmışdır. xx.xx.2022-ci il tarixdə o, internet vasitəsilə tanıdığı, adını “Fərid” olaraq bildiyi şəxsdən Bayıl qəsəbəsində 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. xx.xx.2022-ci il tarixdə Nəsimi rayonunda yerləşən “Qış parkı” ərazisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək onu özünü narkotik vasitənin təsiri altında şübhəli apardığına görə polis bölməsinə dəvət etmişlər. Orada üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmiş, bükülünün içərisindəkinin heroin olduğunu söyləmiş, üzərində başqa heç bir əşyanın olmadığını bildirmişdir. İş materiallarında olan: - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/3333 saylı rəyinə əsasən üzərində “Şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,063 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış maddə narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq qalan 0,033 qram heroin saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2022-ci il tarixli, 3243 saylı rəyinə görə Şəxs opioidlərdən və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan müalicəyə ehtiyacı vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, habelə R.Əliyevə narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, bu tədbir inzibati həbs çəkilib qurtardıqdan sonra icra olunsun. Məcburi müalicənin icrasına nəzarət Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,033 qram narkotik vasitə heroin məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2145/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2145/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver