Məhkəmə qərarları › İş №3(006)-2158/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2158/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2158/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 avqust 2021-ci il tarixli, 00100-1389/21 (EP 0000374) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(006)-2158/2021 saylı qərarı ilə (Hakim E.M.Hüseynov) Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs MMC-nin idarə heyətinin sədri Tofik Gamidov həmin qərardan 21 oktyabr 2021-ci il tarixdə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 3(103)- 2652/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 3(006)-2158/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMCnin ünvanına 08K6634/08K7247 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin **********7425 sorğu nömrəli, 13.07.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Ş.R.Rəhmanov izahatında bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 00100-1389/** EP ***0374) saylı inzibati xəta haqqında protokol qanunsuzdur və həmin protokol üzrə Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 485.2-ci maddəsi qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə hüquqi və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. İstənilən şəxsin istənilən növdə olan məsuliyyəti (mülki, intizam, inzibati, cinayət) məhz həmin şəxsin vəzifə və öhdəliklərini yerinə yetirməməsi halında yarana bilər. Bu məntiqlə, qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyətin subyekti məhz qanunla üzərinə həmin qısa idxal bəyannaməsini təqdim etmək vəzifəsi qoyulmuş şəxs ola bilər. Bu vəzifə AR Gömrük Məcəlləsinin 148-ci maddəsi ilə bəyannaməçinin üzərinə qoyulmuşdur. Belə ki, AR Gömrük Məcəlləsinin 148.3.1-ci və 148.3.3-cü maddələrinə görə, bəyannaməçinin vəzifələrindən biri də malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək və gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etməkdir. Eyni zamanda, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları’nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 263 nömrəli, 22.07.2014-cü il tarixli qərarının 13.1-ci yarımbəndində qeyd olunur: “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.” Göründüyü kimi, qanunvericilik qısa idxal bəyannaməsinin yalnız malı alan deyil vasitəçi tərəfindən verilməsini, vasitəçinin bəyannaməçi qismində gömrük münasibətlərində iştirakının mümkünlüyünü və bu halda qısa idxal bəyannaməsinin verilməməsinə görə məhz bəyannaməçinin məsuliyyətini nəzərdə tutur. “Grand-Agro" MMC ilə “X2’ MMC arasında imzalanmış GİA 35/20 nömrəli, 10.04.2020-ci il tarixli “Vasitəçilik xidmətlərinin göstərilməsi barədə" müqavilə ilə (əlavə olunur) gömrük əməliyyatlarının aparılması bəyannaməçi qismində "X3" MMC-yə (VÖEN: **********) həvalə olunmuşdur və 12.07.2021-ci il tarixində tərtib olunmuş qısa idxal bəyannaməsindən də görünür ki, müvafiq gömrük prosedurunda Şəxs MMC yalnız malı qəbul edən, malın ünvanlandığı idxalatçıdır. Bəyannaməçi isə “X3” MMC-dir. Müvafiq malın Şəxs MMC-nin ünvanına daxil olması, onun malı qəbul edən idxalatçı olması faktına əsaslanaraq qanunun imperativ tələblərini pozaraq (bu halda Gömrük Məcəlləsi və "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları’nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 263 nömrəli qərarı) "xxxx" MMC-nin qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyinin olduğunu və bu öhdəliyini pozduğunu iddia etmək, o cümlədən Şəxs MMC hazırki gömrük münasibətlərində bəyannaməçi olmadığından onun inzibati məsuliyyətinin yaranmasına istinad etmək qanuna ziddir. Hüquqi şəxs inzibati məsuliyyətə yalnız AR İXM-nin 18.2-ci maddəsində göstərilən şəxslər tərəfindən törədilən xətalara görə cəlb olunur. Törədildiyi iddia edilən müvafiq inzibati xəta Şəxs ilə əlaqəsi İXM-nin 18.2-ci maddəsində göstərilən qaydada olmayan şəxs tərəfindən törədilmişdir. Bu səbəbdən, hüquqi şəxsi onunla qanunun tələb etdiyi əlaqə (bağlılıq) meyarını ödəməyən şəxs tərəfindən edilən hərəkətlərə görə inzibati məsuliyyətə cəlb etmək yolverilməzdir. İnzibati xəta törədilmişdirsə də, sözügedən hadisəyə yol açan əməl Şəxs MMC tərəfindən törədilməmişdir və əmələ münasibətdə təqsiri (qəsd və ya ehtiyatsızlıq) mövcud deyildir. AR İXM 75-ci maddəsinə əsasən, inzibati məsuliyyəti yaradan əsaslardan növbəlilik qaydasında inzibati xəta hadisəsinin törədilməsi faktından sonra inzibati xətanı törətmiş şəxs və həmin şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki iş üzrə isə Şəxs MMC-nin AR İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinə münasibətdə təqsiri olmadığından o inzibati məsuliyyətə cəlb oluna bilməz. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan Şəxs MMC ilə «X3» MMC arasında imzalanmış GİA 35/20 nömrəli, 10.04.2020-ci il tarixli "Vasitəçilik xidmətlərinin göstərilməsi barədə” müqaviləyə əsasən gömrük əməliyyatlarının aparılması bəyannaməçi qismində «X3» MMC-yə (VÖEN: **********) həvalə olunduğunu və 12.07.2021-ci il tarixində tərtib olunmuş qısa idxal bəyannaməsinə əsasən müvafiq gömrük prosedurunda Şəxs MMC yalnız malı qəbul edən, malın ünvanlandığı idxalatçı olmasını, bəyannaməçinin isə «X3» MMC-nin olmasını göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 10 avqust 2021-ci il tarixli, 00100-1389/21 (EP 0000374) saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə iclasında həmin protokola və ona əlavə edilmiş sənədlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın natamam araşdırma aparılması, qısa idxal bəyannaməsinin hansı şirkət tərəfindən Gömrük İdarəsinə verilməsi yəni inzibati məsuliyyətə cəlb ediləsi subyekti düzgün müəyyən edilməməsi aşkar edilmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar