Məhkəmə qərarları › İş №3(006)-216/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-216/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-216/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, tələbkarın nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Türkmənistan, Carco şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, satıcı işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 11.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.12.2015-ci il tarixli, 2(006)-9356/2015 saylı icra sənədi üzrə borcunu 06 ildir ki, ödəməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.12.2015-ci il tarixli, 2(006)-9356/2015 saylı məhkəmə əmrinə əsasən borclu Şəxs kreditor "xxxx" MMC-nin xeyrinə 1036 ABŞ dolları əsas, 155 ABŞ dolları cərimə, cəmi 1191 ABŞ dolları borc ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcra şöbəsi tərəfindən Şəxs göndərilmiş bildirişlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən icra sənədinin icrasını təmin etməmişdir. Hazırda borcdan 174 ABŞ dolları ödənilmiş, 870 ABŞ dolları qalmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, borcunu ödəməkdən yayınmır. Hər ay borcundan hissə-hissə olmaqla ödəniş edəcəkdir. Tələbkarla bununla bağlı razılığa gəlmişlər. Həmçinin bu vaxta qədər borcundan müəyyən ödənişlər etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X3 Şəxs borcunun bir hissəsini ödədiyini, qalan borcun ödənilməsi ilə bağlı Şəxs ilə aralarında razılığa gəldiklərini, Şəxs şikayəti olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.12.2015ci il tarixli, 2(006)-9356/2015 saylı icra vərəqəsinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə 1036 ABŞ dolları əsas, 155 ABŞ dolları cərimə, cəmi 1191 ABŞ dolları borc ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. İcraata başlamaq haqqında 16.02.2016-cı il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.12.2015-ci il tarixli, 2(006)-9356/2015 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan tələbkarın nümayəndəsinin 12.01.2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, Şəxs borcunun bir qismini ödəmiş, qalan borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bugünkü gündə Şəxs qarşı şikayəti yoxdur və onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs icra sənədinin icrasından yayınmır, məhkəmə iclasında tələbkara olan borcunu ödəyəcəyinə dair öhdəlik götürmüş, bununla bağlı tərəflər razılığa gəlmişlər. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar