Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2161/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi ilə X1 Bakı Şəhər BPİ-nin DYPİ-nin 08 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 iyul 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin Yol Patrul Xidməti inspektoru X2 tərəfindən 26.07.2021-ci il tarixli TP ******* saylı qərar qəbil edilərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 60 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, 08.07.2021-ci il tarixdə saat 14:33 radələrində Moskva prospektində idarə etdiyi “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Bildirir ki, həmin vaxt onu polis əməkdaşları saxlamış və svetoforun qırmızı işığında keçdiyini bildirmişlər. O, isə bunun düzgün olmamasını bildirsə də barəsində protokol tərtib edilmişdir. Həmin protokoldan 17.07.2021-ci il tarixdə şikayət etmiş, 02.08.2021-ci il tarixdə barəsində İXMnin 327.2-ci maddəsi ilə cərimə edilməsinə dair qərar ona poçt vasitəsi ilə göndərilmişdir. Bundan sonra 06.08.2021-ci il tarixdə şikayəti əsasında onu Bakı şəhər DYPİ-nə dəvət etmişlər. Orada ona görüntülər təqdim etsələr də görüntüdə nə qırmızı işıqda keçdiyi, nə də mənim avtomobilinin nömrəsi görünməmişdir. Orada da o, bir daha avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol vermədiyini bildirsə də barəsində əsassız olaraq İXMnin 327.2-ci maddəsi ilə cərimə olunmasınaa dair qərar qəbul etmişlər. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, Yol Patrul Xidmətinin inspektoru X2 tərəfindən 26.07.2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edərək əməlində inzibati xəta tərkibi olmadığından iş üz icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin o, məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ, Yol Patrul Xidməti inspektoru E.R.Süleymanov tərəfindən 26.07.2021-ci il tarixli TP ******* saylı qərar qəbil edilərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində cərimə etmişdir. İnspektor E.A.Süleymanov tərəfindən qəbul edilmiş 26.07.2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə məhkəməyə müraciət etmişdir. O, ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsində dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzofəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydada uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göstərilənlərə əsasən inzibati işin onun yaşadığı ərazi üzrə Qaradağ Rayon Məhkəməsində baxılması xahiş edilmişdir. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 3(002)- 1017/2021 saylı qərardadı ilə şikayət baxılması üçün inzibati xəta hadisəsinin törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi məlumatlarına dair portaldan çıxarışdan görünür ki, şikayətçi S.Ş.Qədirovun qeydiyyat və yaşayış yeri ünvan 2-dur. İş materiallarına görə inzibati xəta hadisəsi Nəsimi rayonu ərazisində törədilmiş olsa da, şikayət verən şəxsin yaşayış yeri ünvan 2 ünvanıdır və sonunucunun işə onun yaşayış yeri üzrə baxılmasına dair vəsatəti mövcuddur. Qeyd olunanlarla əlaqədar hazırkı şikayətə şikayət verən şəxsin yaşayış yeri üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apelyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X1 Bakı Şəhər BPİ-nin DYPİ-nin 08 iyul 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 26 iyul 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2161/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2161/2021
23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver