Məhkəmə qərarları › İş №3(006)-2171/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2171/2020

14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2171/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq məhkəmə m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etsə də, lakin inzibati xəta haqqında qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə və kimin tərəfindən qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəməyə ərizə təqdim edilərkən həmin ərizənin nəticə hissəsində müraciətin hansı qərar üzrə olması qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar