Məhkəmə qərarları › İş №3(006)-2172/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2172/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2172/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə o, təqribən saat 19:00-19:10 radələrində öz rəfiqəsi ilə şəhərin Nizami küçəsində yerləşən “Mcdonalds” adlı obyektib qarşısında hərəkət edərkən polis əməkdaşları onlara yaxınlaşmış və icazələrinin olmasını soruşub, sms icazəni göstərməyi xahiş etmişdir. Onlar icazələrini göstərmiş və polis icazəyə baxdıqdan sonra onlar hərəkətlərinə davam etmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə zəng edərək bildirdilər ki, xx xxx 2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin, yəni Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əleyhinə olan qaydaları pozduğuna görə inzibati protokol tərtib edilib və bu səbəbdən o, 100 manat məbləğində cərimə ödəməlidir. O, cavab olaraq bildirmişdir ki, heç bir inzibati xəta törətməmişdir. Lakin, ona bildirilmişdir ki, barəsində xx.xx.2020-ci il tarixli, MN № ******* inzibati xəta haqqında protokol tərtib olunub və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, etiraz etmiş və bildirmişdir ki, tərtib olunmuş protokol və qərar barədə ümumiyyətlə heç bir məlumatı yoxdur. Yuxarıda qeyd edilən və barəsində tərtib olunmuş həm protokolu, həm də qərarı qanunsuz sayır. Belə ki, əvvəla, onun tərəfindən xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələbləri pozulmamışdır. Əgər belə hal olsaydı, polis əməkdaşı tərəfindən onun iştirakı ilə protokol tərtib olunar və o, həmin protokoldan narazı olduğu halda qeydlərini protokola əlavə edib imzalayardı. Qeyd etmək istəryir ki, iş materiallarında olan sənədlərin heç birində onun imzası yoxdur. O, Polis əməkdaşına şəxsiyyətini təsdiq edən heç bir sənəd göstərməmişdir, yalnız sms icazəni göstərmişdir. Məhkəməyə təqdim etdiyi sms icazədən görünür ki, onun xx.xx.2020-ci il tarixində sms icazəsi var və həmin icazənin vaxtı 18:51dir. Bildirir ki, Polis əməkdaşı onun sms icazəsində olan məlumatlar əsasında şəxsiyyətini müəyyən etmiş və cərimə ödətdirmək məqsədilə sonradan onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolda hadisənin baş verdiyi yer qeyd edilməmişdir. Bu hal bir daha təsdiq edir ki, Polis əməkdaşı onu harada saxladığını dəqiq bilməmişdir. Polis əməkdaşı sadəcə olaraq sonradan, onun sms icazəsindən 1 dəqiqə əvvələ protokol tərtib etmişdir. Ona təqdim olunmuş sənədlərin surətləri arasında İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN 01179144 nömrəli qərardadda tarix qeyd edilməmişdir. Bu hal da bir daha təsdiq edir ki, sənədlər sonradan tərtib olunmuş və ona cərimə ödətdirmək məqsədi güdür. Qeyd etmək istəryir ki, protokolun və qərarın surətini xx.xx.2020-ci il tarixdə almışdır. Protokol sonradan tərtib olunduğundan, Azərbaycan Respublikası İXM-nin 99-cu və 100-cü maddələrinin tələblərinə riayət edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələblərinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 128.1. və 128.2-ci maddələrinin tələblərinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest yuxan səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü maddələrinin tələblərinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.1 -ci maddələrinin tələblərinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və MN seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx xxx 2020-ci il tarixdə, saat 18:50-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələbini pozmuş, nəticədə X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 8103 sms icazə sistemi üzrə çıxarışdan görünür ki, X1 AZE seriyalı 15724951 nömrəli şəxsiyyət vəsiqəsinə uyğun olaraq 2-ci indeks üzrə müraciəti təsdiqlənərək xx xxx 2020-ci il tarixdə, saat 18:51-də 3 saat müddətinə ona yaşayış yerini tərk etməyə icazə verilmişdir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati xəta hadisəsinin baş verdiyini sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşür. Buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin təqsirli olması barəsində mötəbər sübutları məhkəməyə təqdim etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə məhkəmə bildirişləri göndərmiş, lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair sübut təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, faktla bağlı tərtib edilmiş MN seriyalı ******* saylı, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş MN seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Yenə həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində qəbul edilmiş MN seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin qəbul etdiyi MN seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icrata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar