Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2174/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının İnsan Hüquqları tərtib etmiş qurum: üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında Şəxs vəkili iş üzrə icraat aparılan şəxs: Nümayəndə iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN:**********), Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 22, mənzil 30-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: ünvan 1 ünvanda fəaliyyət göstərən “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs 26 aprel 2022-ci il tarixdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq açıq informasiyanı əldə etmək hüququ məhdudlaşdırmış və sorğuçuya bilərəkdən yanlış informasiya vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının nümayəndəsi X7 izahatında bildirdi ki, vətəndaş X5 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı 10 may 2022-ci il tarixli şikayət ərizəsində “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs göndərdiyi xx.xx.2022-ci il tarixli informasiya sorğusunun təmin edilmədiyini və informasiya əldə etmək hüququnun pozulduğunu göstərmişdir. E.İsmayılovun “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs göndərdiyi xx.xx.2022-ci il tarixli sorğusunda onun barəsində xx.xx.2022-ci il tarixdə “Baku.ws” saytında dərc olunmuş yazıda Agentliyin bu yazıda göstərdiyi faktları konkret olaraq hansı mənbədən əldə edildiyi, həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı, habelə bu yazının dərc olunmasına Agentliyin hansı məsul əməkdaşının qərar verməsi barədə məlumatların təqdim edilməsi xahiş olunmuşdur. Lakin, Şəxs tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, Kütləvi informasiya vasitələri haqqında” Qanunun 34 və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırılmış sualların tərəfindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil. Göründüyü kimi, bu məktubla vətəndaşın sorğusu cavablandırılmamış, həmçinin qüvvədə olmayan qanuna istinad edilmişdir. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə məsul redaktor və ya jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməsə də, sorguda göstərilən digər iki məsələ açıq informasiyaya aid olduğundan E.İsmayılovun şikayəti əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.3 və 13-1.1-ci maddələrinə əsaslanmaqla Şəxs 23 may 2022-ci il tarixdə, 3/13203-22 nömrəli məktubla sorğu göndərilərək ondan 10 iş günü müddətinə müvafiq məlumat və sənədlər tələb olunsa da, buna əməl edilməmişdir. Bununla belə, Şəxs məsələyə dair etiraz məktubu göndərərək əməlində inzibati xəta tərkibinin olmadığını göstərmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Nümayəndə izahatında bildirdi ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.3 və 5.5-ci maddələrinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 15.1.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına media subyekti və jurnalist tərəfindən yol verilmir. Bu Qanunun 18.1-ci maddəsinə görə media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda, fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa, “İnformasiya əldə etmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə görə sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, X1 ilə tələb edilən məlumat həmin məlumatı vermiş şəxsin razılığı olmadığı üçün ona verilməsi mümkün olmamış və bu barədə sorğuya verilən 26 aprel 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir. Əgər E.İsmayılov onun barəsində yayımlanan məlumatın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumat olduğunu və həqiqətə uyğun olmadığını hesab edirsə, onun qanunla məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edir ki, sorğuçuya qanunla nəzərdə tutulmuş qaydada cavab verildiyi üçün inzibati xəta hadisəsi mövcud olmamış və bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: - X5 tərəfindən “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli sorguda göstərilir ki, 12 fevral 2022-ci il tarixdə, saat 12:04də onun barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlığı altında “Baku.ws” imzası ilə foroşəkli və tamamilə böhtan xarakterli olan informasiya dərc olunmuş və indiyədək yayımlanmaqdadır. Həmin informasiya “Baku.ws”ya istinad olunmaqla onlarla saytda tirajlanıb. Aşağıdakı sualların təcili cavablandırılmasını xahiş edir: 1) “Baku.ws” informasiya agentliyinin bu yazıda göstərdiyi faktlar konkret olaraq hansı mənbədən əldə edilmişdir?; 2) həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir?; 3) bu yazının dərc olunmasına Agentliyin hansı məsul əməkdaşının qərar vermişdir?; - “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, Kütləvi informasiya vasitələri haqqında” Qanunun 34 və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırılmış sualların tərəfindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil; - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının “Baku.ws” informasiya agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/13203-22 saylı müraciətdə E.İsmayılovun şikayəti üzrə araşdırmanın aparılması məqsədi ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.3 və 13-1.1-ci maddələrinə müvafiq olaraq zəruri məlumat və sənədlərin 10 iş günü ərzində təqdim edilməsi xahiş olunur; - “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış xx.xx.2022-ci il tarixli etiraz məktubunda E.İsmayılovun sorgusuna xx.xx.2022-ci il tarixdə cavab verildiyi göstərilməklə onun əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə, tərəflərin izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa görə: İnformasiya sahibi dedikdə, informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər başa düşülür (3.0.5-ci maddə); İnformasiya sorğusu dedidkə, informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət başa düşülür (3.0.6-cı maddə); İnformasiya sorğusu verən dedidkə, informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxs başa düşülür (3.0.7-ci maddə); İnformasiya sahibləri aşağıdakılardır: dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər (9.1-ci maddə); İnformasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etmək, açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamaq, sorğuçuya kömək göstərmək, əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları qorumaq informasiya sahibinin vəzifələrinə aiddir (10.4-cü maddə); İnformasiya məsələləri üzrə vəzifəli şəxs və ya struktur bölmə aşağıdakı funksiyaları yerinə yetirir: sorğuları diqqətlə araşdırıb qərarlar qəbul edir; sorğuları bu Qanunla nəzərdə tutulmuş qaydada təmin edir; informasiya xidmətlərinin göstərilməsinə nəzarət edir; informasiya əldə edilməsi ilə bağlı informasiya sahibinə göndərilən şikayətləri araşdırıb qərar qəbul edir; informasiya xidmətləri göstərilməsi ilə bağlı digər vəzifələri yerinə yetirir (10.5-ci maddə); İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir (11.1-ci maddə); Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar (11.2-ci maddə); İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda (21.1-ci maddə). Bu Qanunun icrasına nəzarəti: informasiya sahibinin rəhbəri - xidməti qaydada, yuxarı orqan - tabeçilik əsasında; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) – “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir (42.1-ci maddə). “Media haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir (1.1.3-cü maddə); İnformasiya agentliyi - kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən mediadır (1.1.8-ci maddə); Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (2-ci maddə); Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz (15.2-ci maddə); Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir: şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına; məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına; təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına; yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına; “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına (15.1-ci maddə); Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır: insan həyatının müdafiəsi üçün; ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün; ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün (15.3-cü maddə). “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa görə: Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir (1.3-cü maddə); Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır: informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması; informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi; informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması; ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi; İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi; informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi (13-1.3-cü maddə); Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir (13-1.5-ci maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin Siyahısı”na kütləvi informasiya vasitələri ilə məhsullarının istehsalını və (və ya) yayılmasını həyata keçirən hüquqi şəxslər də daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsi informasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, X5 media subyekti və informasiya sahibi olan “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs xx.xx.2022-ci il tarixdə müraciət edərək onun barəsində 12 fevral 2022-ci il tarixdə, saat 12:04-də “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlığı altında “Baku.ws” saytında dərc edilmiş informasiya ilə bağlı agentliyin bu yazıda göstərdiyi faktların konkret olaraq hansı mənbədən əldə edilməsi, həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı, bu yazının dərc olunmasına agentliyin hansı məsul əməkdaşının qərar verməsi barədə məlumatın təqdim olunmasını xahiş etmişdir. “Baku.ws” informasiya agentliyinin direktoru Şəxs tərəfindən X3 ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda isə göstərilmişdir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 34 və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırılmış sualların tərəfindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil. Göründüyü kimi, X5 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun informasiya sahibi olan “Baku.ws” informasiya agentliyinə onun barəsində dərc edilmiş yazı ilə bağlı müvafiq məlumatların əldə olunması üçün müraciət etmiş, bu müraciətin 1-ci sualı üzrə (“Baku.ws” informasiya agentliyinin bu yazıda göstərdiyi faktlar konkret olaraq hansı mənbədən əldə edilmişdir?) məlumatın verilməsi “Media haqqında” Qanunun 15.2-ci maddəsinə görə açıqlanmalı olmasa da, digər sualların (yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir?; bu yazının dərc olunmasına Agentliyin hansı məsul əməkdaşının qərar vermişdir?) açıqlanmasına hər-hansı məhdudiyyət qoyulmaması səbəbindən, informasiya sahibi bu barədə məlumatları informasiya sorğusu verənə təqdim etməli idi. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddənin Qeyd hissəsinə müvafiq olaraq dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmçinin bu Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, Şəxs vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2174/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2174/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver