Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2175/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında qərarından şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayəti ona əlavə edilmiş sənədlərlə birgə nəzərdən keçirərək hesab edirəm ki, mübahisələndirilən qərar məhkəməyə təqdim olunmamış və ya şikayətdə onun əldə olunmasının qeyri-mümkünlüyü göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələləri həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2175/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2175/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver