Məhkəmə qərarları › İş №3(006)-2180/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2180/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2180/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin iş üzrə icraat aparılan şəxs: nümayəndəsi X3 oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 120, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC mülkiyyətində olan “HYUNDAİ HD 35 YÜK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 15:28-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatında göstərdi ki, şirkətin hüquqi ünvanı ünvan 2i, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 77, mənzil 134 ünvanında faəliyyət göstərir. Bu barədə də Bakı şəhər Yasamal Rayon Dövlət X5 rəsmi qaydada məktub da göndərilmişdir. Lakin, buna baxmayaraq polis orqanı şirkətə ünvanlanan məktubu Azadlıq prospekti, ev 120-ə göndərmiş, oradan da şirkətə məlumat verildikdən sonra “HYUNDAİ HD 35 YÜK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barədə Yasamal Rayon Dövlət X5 xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  Bakı şəhər Yasamal Rayon Dövlət X4 məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs MMC-dən şirkətə məxsus “HYUNDAİ HD 35 YÜK” markalı, **- JY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğuda göstərilən ünvan Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 77, mənzil 134 olsa da, həmin sənəd xx.xx.2022-ci il tarixdə Azadlıq prospekti, ev 120-yə çatdırılmışdır;  Şəxs MMC-nin direktoru tərəfindən Yasamal Rayon Dövlət X5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda “HYUNDAİ HD 35 YÜK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü barədə məlumat verilir. Beləliklə aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində olan “HYUNDAİ HD 35 YÜK” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumatın verilməsi üçün Bakı şəhəri Yasamal Rayon Dövlət X7 tərəfindən həmin şirkətə göndərilən sorğunun ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, ev 77, mənzil 134 göstərilsə də, bu sənəd xx.xx.2022-ci il tarixdə Azadlıq prospekti, ev 120-yə çatdırılmış, bu sorğu şirkətə təqdim edildikdən sonra xx.xx.2022-ci il tarixdə sürücü barədə polis orqanına rəsmi qaydada məlumat verilmişdir. Belə olan halda isə əməldə inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar