Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2181/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X5 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 339.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxsn istifadəsində olan “DAF XF105.410 YÜK” minik markalı **-JX-*** dövlət qeydiyyat nişanlı atomobilin sahibi və ya sürücüsü tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs MMC-nin direktoru X3 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol və toplanmış sənədlərin surəti Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilənlərə əsasən Şəxs MMC AR-nın İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının (nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmə) törədilməsində təqsirli hesab olunmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixli İXM ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməlidir. Nəsimi rayon DYPŞ-nin “Foxexpress" MMC tərəfindən “icarə müqaviləsi əsasında başqa şəxsə verildiyini və təkrar dövlət qeydiyyatından keçirilmədiyini” iddia etdiyi nəqliyyat vasitəsi 77JX536 dövlət qeydiyyat nişanlı, “DAF XF105.410 YÜK” marka və modelli nəqliyyat vasitəsidir. Sonuncu Şəxs MMC-nin balansındadır və bu günə qədər heç bir hüquqi və ya fiziki şəxsə icarəyə verilməmiş, barəsində heç bir icarə müqaviləsi bağlanmamışdır. Hazırkı materiala "Foxexpress” MMC-nin inzibati xəta törətməsini təsdiqləyən hər hansı bir sübut əlavə edilməmişdir. Hər hansı bir sübuta istinad olunmadan, ümumi sözlərlə hüquqi şəxsin belə bir pozuntuya yol verdiyi deyilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq bildiririk ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol hər hansı bir sübutedici qüvvəyə malik deyil. İXM-in 339.1-ci maddəsinə görə Şəxs MMC-nin inzibati xətanın törədilməsində təqsirli hesab olunması üçün onun mülkiyyətində olan 77JX536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitini icarə müqaviləsi bağlayaraq başqasının istifadəsinə verməsi zəruridir. Eyni zamanda bunu təsdiq edən icarə müqaviləsi də olmalıdır. Lakin bu qeyd edilənlərin olması həmin nəqliyyat vasitəsinə münasibətdə qeyri-mümkündür. Çünki barəsində icraat aparılan hüquqi şəxs tərəfindən 77JX536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barəsində bağlanmış icarə müqaviləsi mövcud deyildir. Habelə, iş materiallarında olmaması bunu təsdiq edir. Protokolda göstərilən tarixdə 77JX536 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-nin sürücüsü X1 tərəfindən idarə olunmuşdur. Həmin nəqliyyat vasitəsinin idarə edilməsinə dair şirkət tərəfindən işçiyə yalnız etibarnamə təqdim edilmişdir və qanunvericilikdə bu məqsədlə tərtib edilmiş etibarnamənin hər hansı bir dövlət reysterində qeydiyyata alınması ilə bağlı tələb yoxdur. İcarə müqaviləsinə gəldikdə isə, bəhs edilən nəqliyyat vasitəsinin barəsində onun icarəyə verilməsinə dair hər hansı bir müqavilə və ya belə bir münasibət mövcud deyildir. Həmçinin, adı çəkilən əməkdaşın Şəxs MMC-də sürücü kimi çalışdığını təsdiqləyən əmək müqaviləsi bildirişi də qoşmaya əlavə edilir. Odur ki, yuxarıda qeyd edilənlər sübut edir ki Şəxs MMC tərəfindən İXM-nin 339.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcud olan əməl törədilməmişdir. Müvafiq qurum tərəfindən ətraflı araşdırma aparmadan, ümumiyyətlə, şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsinin icarəyə verilib-verilməməsi aydınlaşdırılmadan əsassız olaraq protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Şəxs MMC-nin direktoru X3 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edildi ki, səlahiyyətli orqan Nəsimi RPİ-nin Dövlət X5 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, etiraz ərizəsində göstərilən hallar məhkəmə iclasında öz təsdiqini tapmamaqla özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları və qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil etmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2181/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2181/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver