Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2182/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs Qiyas Ağakamil oğlunun iştirakları ilə Qiyas Ağakamil oğlu barəsində Baş Dövlət X4 tərəfindən tərtib edilmiş xx xxxx 2020ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə icla-sın-da baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qiyas Ağakamil oğlu qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Dövlət X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. xx.xx.2020-ci il tarixdə “8103” SMS xidmətindən istifadə edərək 2 indeksi üzrə icazə alıb idarə etdiyi “Mercedes- Benz E220 CDİ” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 01:36 radələrində yaşadığı evdən çıxmış, saat 03:16 radələrində faktiki yaşadığı ünvanın yaxınlığında yerləşən Bakı-Şamaxı yolunun 35-ci km-də qurulmuş karantin postuna yaxınlaşaraq mövcud icazə ilə rayona getməyin mümkün olub-olmadığını soruşmuş, polis əməkdaşı da ona bu icazə ilə rayona getməyin mümkün olmadığını deyəndə, o geri qayıtmışdır. Həmin gün saat 03:56 radələrində “AsanPay” ödəniş portalından ona cərimə olunduğu barədə SMS bildiriş gəlmiş, inzibati xətanın törədilmə tarixi xx.xx.2020-ci il, saat 03:18 olaraq qeyd olunmuşdur. Lakin o, qeyd olunan vaxtda yaşadığı evdə olmuş, xx.xx.2020-ci il tarixdə, saat 03:16 radələrində karantin postunda yoxlanılmış, bu zaman müvafiq icazəsi olmuşdur ki, bunu onun mobil nömrəsinə gələn SMS bildiriş də təsdiq edir. Eyni zamanda idarə etdiyi avtomobildə quraşdırılmış videoqeydiyyat aparatı vasitəsilə qeydə alınmış görüntülər də onun xx.xx.2020-ci il tarixdə, saat 03:16 radələrində karantin postuna yaxınlaşdığını, saat 03:24 radələrində isə oradan geri qayıtdığını təsdiq edir. O, həmin qəraradan şikayətlə Baş Dövlət X2 müraciət etsə də, qərar ləğv edilməmiş, razı olmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan onun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs Qiyas Ağakamil oğlu şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - portaldan olan çıxarışa əsasən xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara görə Qiyas Ağakamil oğlu barəsində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir; - “8103” SMS xidmətindən olan çıxarışa əsasən AZE 14866898 saylı şəxsiyyət vəsiqəsinin sahibinə xx.xx.2020-ci il tarixdə, saat 01:36-da yaşayış yerini 2 saat müddətinə tərk etməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Qiyas Ağakamil oğlu xx.xx.2020-ci il tarixdə, saat 01:36-da “8103” SMS xidmətindən istifadə edərək 2 indeksi üzrə icazə alıb evdən çıxmışdır. Lakin portaldan olan çıxarışa əsasən onun barəsində xx.xx.2020-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Beləliklə, barəsində karantin rejiminin tələblərini pozmasına görə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt ilə onun müvafiq qaydada icazə alıb evdən çıxdığı vaxt arasında uyğunsuzluq var. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin olunaraq Baş Dövlət X4 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət X4 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2182/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2182/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver