Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2184/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, xx.xx.1950-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (10000-00039/24) nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsinin 1-ci şöbəsində Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 20 may 2024-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün material aidiyyəti üzrə Təhqiqat şöbəsinə göndərilmişdir. ********* nömrəli cinayət işi üzrə 20 may 2024-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan və cinayət işindən ayrılmış materiallardan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirildiyini bilə-bilə ümumilikdə 3919,70 manat dəyərində 851 qutu (60 ədədli) “K0201 match cracker”, 11 qutu (12 ədədli) “Crazy robots”, 11 naket (4 ədədli) "Big cracker”, 6 qutu (40 ədədli) “Super Vuki”), 1 qutu (9 ədədli) "TPS”, 14 qutu (35 ədədli) "Hammer cracker, 7 qutu (20 ədədli) "Explosive”, 25 qutu (10 ədədli) "Maxsem”, ff qutu Titan 2”, 3 qutu (10 ədədli) “Super top, 20 qutu (20 ədədli) “Callei vang”, 10 qutu 30 ədədli) “Enigma EX£”, 3 qutu (24 ədədli) “Petarda P500), 5 qutu (20 ədədli) “Pitbul”, 16 qulu (20 ədədli) “Mega pirafka”, 9 paket (top şəklində) “Big cracker”, 30 qutu (50 ədədli) “Pil acker”, 6 qutu (20 ədədli) “Big triangle”, 1 paket (36 ədədli) "TP 2000”, 1 paket (4 ədədli) Boss big cracker" 19 qutu (20 ədədi) “Zenga”, 11 qutu (8 ədədli) və 10 ədəd "Gold pear””, 3 (ulu “/Vhistling maan travellers”, 2 qutu (40 ədədli) və 32 ədəd “Plastik tropil feza”, 3 qutu (12 ədədli) “Maxsem pirate”, 55 qutu “Pop, 15 ədəd “K02010” və 1 qutu (72 ədədi) “Pariy Dopper" markalı pirotexniki vasitə (pefarda), 36 ədəd “T6238”, 46 ədəd “T6240”, 18 ədəd Roman candles 10 shofs” və 1 ədəd “Roman candles 100 shots" markalı pirotexniki vasitələri əldə etmiş və saxlamış, bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli 3-16-16/2-3/120, 9/461 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər səs effektlərinə malik olan və kinopirotexniki məqsədlər üçün istifadə olunan partlayıcı vasitələrdir, petardalar fişənglərdir, döyüş sursatı hesab edilmirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar və həmin malların xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 3919,70 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş 20 may 2024-cü il tarixli “sübutların qıymətləndirilməsi haqqında” qərardan görünür ki, vətəndaş Şəxs götürülmüş pirotexniki vasitələr “malların anbara qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli ********** nömrəli akt əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi”ndə saxlanca təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı məlum oldu ki, Şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilmiş ümumilikdə 3919,70 manat dəyərində müxtəlif pirotexniki vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirildiyini bilə-bilə əldə etmiş və saxlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 3919,70 (üç min doqquz yüz on doqquz manat, yetmiş qəpik) manat məbləğinin qırx faizi məbləğində, yəni 1567,88 (min beş yüz altmış yeddi manat, səksən səkkiz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2184/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2184/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver