Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2184/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 20, mənzil 15-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda avtomobili sağdakı parklama yerinə sürmək üçün hərəkətdə olduğu zolaqda saxlamış, parking etmək üçün sağa dönərək özündən sağdakı avtobus zolağına qırıq-qırıq xətləri kəsib keçərək daxil olub hərəkətini davam etdirərkən manevr etmə qaydalarını pozaraq sağ zolaqla hərəkətdə olan X1 idarə etdiyi mopedlə toqquşaraq onu aşırtmış, nəticədə mopedin sürücüsünə yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09:10 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28 May küçəsində "xxxx" ASC-nin yanındakı dükandan əşya götürmək üçün maşını yolun sağ kənarındakı parklama yerində saxlamaq üçün dayanmış, hərəkət zolağı ilə avtobus zolağını ayıran qırıq-qırıq xətti kəsərək parklama yerinə keçmək üçün avtobus zolağına sağa dönərək hərəkətini davam etdirmiş və bu zaman avtomobil sağ tərəfdən mopedlə toqquşmuşdur. O, dərhal mopedin sürücüsünə yardım etmiş, polis əməkdaşları gəldikdən sonra sürücünü xəstəxanaya aparmışdır. Ona yüngül tənbehin verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında baş verib; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 10 saylı rəyinə əsasən X1 bədənində aşkar edilmiş xəsarətlər – bazu oynağının rotator manjeti təşkil edən əzələ vətərlərinin zədələnməsi, oynaqətrafı ödem və həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı nahiyəsinin qançır-şişkinlik halında əzilməsi, sağ bazunun, sol budun və hər iki baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür; • X1 izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə, saat 09:10-da idarə etdiyi “Classic electric bike” markalı mopedlə Nəsimi rayonu, M.Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətə yolun sağ avtobus zolağı ilə hərəkətdə olan zaman 28 May küçəsindəki "xxxx" ASC-nin qarşısında hərəkətini sağ zolaqda davam etdirərkən ikinci zolaqda dayanmış və onun yanına çatan anda sağ zolağa dönən “Hyundai Elantra” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etdiyi moped toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sol çiyin, sol dirsək, aşağı ətraflardan xəsarət almış, mopedinə maddi zərər dəymiş, “Scorpion ECO- 520” markalı dəbilqəsinin ön qoruyucu şüşəsi sınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2184/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2184/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver