Məhkəmə qərarları › İş №3(006)-2185/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2185/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2185/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi ilə hərəkətdə olan sürücü X4 etibarnamə əsasında və sürücülük hüququ olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz E220 CDİ” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Nəsimi rayonu, Səməd Vurğun küçəsində “Tibb Universitetinin” qarşısı ilə sola istiqamətə dönən zaman, piyada keçidinin üzərində olan X2 avtomobilin qabaq hissəsi ilə vuraraq piyada Armağan Orucoğluna bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu ilə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (sağa və ya sola dönən sürücü döcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.) tələblərini pozmuşdur. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, zərərçəkmiş şəxs X3 və protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, “Mercedes Benz E220” CDİ minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi ilə ona məxsusdur. Avtomobili idarə etmək üçün AC-227498 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəm var. xx.xx.2024-cü il tarixdə saat təxminən 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu X9 küçəsindən üzü Səməd Vurğun küçəsi ilə Tibb Universitetinin qarşısına doğru hərəkətdə olmuşdur. Yol-hərəkətini tənzimləyən işıqforun yaşıl işığından sol istiqamətdə hərəkətə davam etmiş, bu vaxt ehtiyyatsızlığından piyada keçidinin üzərində olan piyadanı görməyib özünə məxsus ilə hərəkətdə olan zaman, “Mercedes Benz E220 CDİ” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsilə piyada əvvəllər tanımadığı qadınla toqquşmuşdur. Toqquşma nəticəsində piyada avtomobilin qabaq “kapot” hissəsinə dəyərək yerə yıxılmışdır. O, dərhal avtomobili saxlamış və piyadaya doğru getmişdir. Sonradan bilmişdir ki, piyada Türkiyyə Respublikasının vətəndaşı olan qadın Armağan Orucoğludur. O, həmin qadından onu tibbi müayinə üçün həkimə aparmağı təklif etmiş, lakin qadın heç bir xəsarəti olmadığını deyib tibbi müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra Nəsimi RPİ-nin TŞ-nin əməkdaşları gəlmiş və hadisə yerini müayinə edərək, fotoşəkillər çəkilmişdir. Qeyd etmişdir ki, o, avtomobili idarə edən zaman biraz fikirli olduğundan piyada Armağan Orucoğlunu görməmiş və avtomobillə onu vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə, saat təxminən 14 radələrində baş vermiş, hadisə zamanı hər hansı bir xəsarət almamış, hadisə onun ehtiyyatsızlığından olmuş, belə ki, avtomobili idarə edən zaman biraz fikirli olmuş, piyada keçidində olan piyadanı görməmiş, avtomobili idarə edən zaman, yəni hadisə vaxtı spirtli içki və narkotik vasitədən istifadə etməmişdir. Araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, Azərbaycan Respublikası Tibb Universitetinin, stomatologiya fakültəsinin 1-ci kursunda təhsil alır. Təhsili Azərbaycan dilində alır. xx.xx.2025-ci il tarixdə universitetdə olan imtahandan çıxıb həmin Universitetin qarşısında yerləşən “yıldızlar” restoranına getmişdir. Orada bir qədər oturduqdan sonra həmin günü saat təxminən 14:09 radələrində həmin restorandan çıxıb tələbə yoldaşları ilə birlikdə Nəsimi rayonu, X9 küçəsində Səmədvurğun küçəsində yerləşən işıqforda dayanıb, piyada üçün nəzərdə tutulmuş işıqforun yaşıl işığı yandıqdan sonra piyada hərəkət etməyə başlamışdır. Piyada zolağında o, dostu X10 ilə birlikdə yolu keçirmişlər, anidən tələbə yoldaşı Kaan ona avtomobil gəldiyini, onları vuracağını demişdir. O, həyacanlanıb özünü itirib hərəkətini dayandırıb və sonradan markasını bildiyi “Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi onun kürək nahiyyəsinə dəymiş və nəticədə o, avtomobilin üzərinə çırpılmış və daha sonra isə avtomobilin üzərindən asfalt betona yıxılmışdır. Həmin vaxt huşunu itirmiş və daha sonra tələbə yoldaşlarının vasitəsilə ona ilkin yardım göstərilmişdir. Həmin vaxt “Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurduqdan sonra, avtomobilini kənara verib saxlamış və dərhal onun yanına gəlib ona köməklik etməyə başlamışdır. Həmin sürücü özünü ona Şəxs olduğunu demişdir. Daha sonra polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, bel nahiyəsindən xəsarət aldığından Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalında ilkin müayinə olunmuş və orada bel (kürək) nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarəti aldığını bilmişdir. O, aldığı xəsarətlə bağlı məhkəmə-tibb ekspertizasından keçməkdən könüllü olaraq imtina edir. Həmçinin “Mercedes Benz” markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hər hansı bir şikayət və tələbi yoxdur. Hadisə xx.xx.2025-ci il tarixdə saat təxminən 14:09 radələrində baş vermiş, hadisə zamanı ciddi xəsarət almamış, sadəcə bədəninin üzərində əzik xəsarəti olmuş, xəsarəti olmadığına görə Məhkəmə-tibb ekspertizasından könüllü olaraq imtina etmiş, sürücü Şəxs avtomobillə vurduqdan sonra avtomobili saxlamış və ona ilkin yardım göstərmiş, buna görə də, sürücü Şəxs şikayət və tələbi olmamışdır. Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 216 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə “Medafiə Nazirliyinin Baş Klinik Hospitalına” müraciət edərkən ona “bel nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin qərar ilə toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 330.0.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır; Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi isə iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar