Məhkəmə qərarları › İş №3(006)-2186/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2186/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2186/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 barəsində Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, X5 26 aprel 2024-cü il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “FORD FUSİON PLUS-İN HİBRİD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində olan zaman polis əməkdaşı X1 onun barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Halbuki, qeyd olunan inzibatı xətanın törədilməsində onun heç bir günahı olmamışdır. Bu faktı hadisə yerinin müayinəsi zamanı tərtib olunmuş akt da təsdiq edir. O, dayandığı yerdə diplomatik xidmətə məxsus avtomobil onun idarə etdiyi avtomobili vurmuşdur. Belə olan halda hansı inzibati hüquq pozuntusundan söhbət gedə bilər. Qarşı tərəf günahkar olduğu halda diplomatik xidmət maşını olması onun əsassız olaraq təqsirkar olmasına əsas verə bilməz. Buna baxmayaraq onun barəsində belə bir əsassız qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmədə şikayətçi X5 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X5 26 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində idarə etdiyi “FORD FUSİON PLUS-İN HİBRİD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət etmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir; • CD diskdə olan videogörüntüdən aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində Bülbül prospekti üzrə nəqliyyatın sıxlığı olduğundan, Bəşir Səfəroğlu küçəsi ilə hərəkət edən “FORD FUSİON PLUS-İN HİBRİD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə digər nəqliyyat vasitələrinin sürücüləri yol verir, lakin markası və dövlət qeydiyyat nişanı görünməyən qara rəngli avtomobil Bülbül prospekti ilə velosiped zolağı ilə hərəkət edərək yol ayrıcında dayanmayaraq bu maşınla toqquşur. Göründüyü kimi, Bakı şəhər X8 İdarəsi tərəfindən hazırki inzibati xəta haqqında işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan, hadisənin baş vermə şəraiti dəqiq tədqiq edilmədən, hadisəni özündə əks etdirən video görüntülərə baxış keçirilmədən və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda göstərilən məlumatlardan biri də işə baxılarkən müəyyən edilmiş hallardır. Bu Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 26 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar