Məhkəmə qərarları › İş №3(006)-2190/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2190/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2190/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayətçi: X1 iştirakları ilə Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, barəsində Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, 19 mart 2025-ci il tarixdə idarə etdiyi “Toyota Camry” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” dairəsində svetoforun qadağanedici işarəsi verilərkən guya hərəkətini davam etdirmiş və buna görə də ona 100 manat cərimə tətbiq edilmişdir. Həmin qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 bildirdi ki, o, 19 mart 2025-ci il tarixdə idarə etdiyi “Toyota Camry” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” dairəsində olan zaman svetoforun qırmızı işığında keçməmişdir. Belə ki, o, onunla eyni istiqamətdə hərəkət edən digər avtomobillərin sürücüləri ilə birlikdə hərəkətinə davam etmiş və yolu keçəndən sonra svetoforun qırmızı işiğı yanmışdır. Şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 19 mart 2025-ci il tarixdə, saat 13:46-da idarə etdiyi “Toyota Camry” markalı, **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətə davam etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; • Videogörüntüdən aydın olur ki, 19 mart 2025-ci il tarixdə “Toyota Camry” markalı avtomobilin sürücüsü “20 Yanvar” dairəsində hərəkətdə olarkən svetoforun qadağanedici işarə verilərkən digər avtomobillər dayanan zaman öz hərəkətini davam etdirib sola dönür. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş videogörüntünü nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İİİ hissəsinin 5-ci bəndində qeyd olunur ki, qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi siqnalı hərəkətin qadağan edildiyini bildirir. Beləliklə müəyyən edilir ki, X3 19 mart 2025-ci il tarixdə, saat 13:46-da idarə etdiyi “Toyota Camry” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyinə görə haqlı olaraq Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar