Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2192/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi - Nümayəndə2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-in Baş X8i İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 21268527 saylı, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş X8i İdarəsinin EQ 21268527 saylı, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 20 may 2024-cü il tarixdə EQ 21268527 saylı qərarı ilə AR İXM-nin 327.2-ci maddəsinə əsasən 80 manat miqdarında cərimə edilmişdir. Qərar qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Belə ki, qanunvericilikdə birtərəfli hərəkət istiqaməti olan yollarda avtonəqliyyat vasitəsinin geriyə hərəkətini qadağan edən heç bir tələb yoxdur. Bundan əlavə olaraq, geriyə hərəkət zamanı heç bir iştirakçıya maneə yaratmamış və heç bir təhlükəsizlik qaydasını pozmamışdır. Həmin yol geniş olduğundan heç bir problem yaranma imkanı yoxdur və həmçinin tıxac və ya sıx avtomobil hərəkəti də həmin küçədə nümayiş olunmur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ 21268527 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh tədbiri barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə, X1nun nümayəndəsi Əliyev X3 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə, Bakı Apellyasiya Məhkəməsində yekun məhkəmə aktı qəbul edilənədək, X5 barəsində Baş X8 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 21268527 saylı inzibati tənbeh vermə haqqında qərarı ödəmədiyinə görə **-GK-*** dövlət qeydiyyat nişanlı “Volksvagen JETTA” markalı avtomobilin üzərinə həbs qoyulması hərəkətinin Baş X8 İdarəsinə qadağan edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı şəhər X8 İdarəsinin nümayəndəsi Nümayəndə2 ilk öncə X2 nümayəndəsi Nümayəndə3 hazırkı məhkəmə iclasında iştirak etməsinin inzibati xətalar məcəlləsinin nümayəndəlik institutuna aid tələblərə zidd olduğundan qanunsuz olduğunu, bu səbəbdən Nümayəndə3 nümayəndə kimi işə burxaılmamasını, tərəfindən verilmiş müvəqqəti təminat tədbirinə dair ərizənin baxılmadan geri qaytarılmasını, X1 tərəfindən verilmiş şikayətin isə əsassız olduğundan Azərbaycan Respublikası DİN-in Baş X8i İdarəsinin EQ 21268527 saylı, 20 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hazırkı inzibati qərardan verilmiş şikayət üzrə X1na iclasın vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə iznibati xətalar məcəlləsinin tələblərinə əsasən şikayətə X2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Eyni zamanda məhkəmə İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinin (müdafiəçi və nümayəndə) tələblərinə əsasən X2 nümayəndəsi Nümayəndə3 “nümayəndə” qismində məhkəmə iclasında iştirak etməsini mümkün hesab etməmiş, Bakı şəhər X8 İdarəsinin nümayəndəsi Nümayəndə2 isə nümayəndə qismində iştirak etməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “sms radar” bildirişindən və mia.gov.az rəsmi saytından görünür ki, X5 20 may 2024-cü il tarixli EQ 21268527 nömrəli qərarla İXM-in 327.2-ci maddəsinə əsasən 3.1 “giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun: 42-ci maddəsinin 12-ci bəndinə görə aşağıdakı hallarda geriyə dönmək qadağandır: 1) piyada keçidlərində; 2) tunellərdə; 3) körpülərdə, estakadalarda və onların altında; 4) dəmiryol keçidlərində; 5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə; 6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə. Həmin maddənin 13-cü bəndinə görə nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həmin maddənin 14-cü bəndinə görə yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini rəhbər tutuaraq hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi (3.1 3.1 “giriş qadağandır” yol nişanının tələblərinin pozulması) hər hansı sübutla təsdiq olunmur və onun tərəfindən edilmiş hərəkətdə inzibati xəta tərkibi yaranmamışdır. Belə ki, iş üzrə tədqiq edilmiş sənədlərə əsasən məhkəmədə işə baxılarkən X5 tərəfindən məhz qeyd olunan (3.1 “giriş qadağandır” yol nişanının tələblərinin pozulması) inzibati xətanın törədilməsinə şübhələr yaranmış, eyni zamanda təqdim edilmiş foto şəkillərə əsasən isə avtomobilin geriyə “hərəkət” etməsi zamanı sürücü tərəfindən edilmiş manevrin təhlükləli olması, hərəkətin digər iştirakçlarına maneə yaratması, “giriş qadağandır” yol nişanının tələblərinin pozulması və onun ümumiyyətlə geriyə “dönmə” etməsi müəyyən edilməmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün şəxsin təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən məhkəmə qeyd edir ki, məhkəmə iclasında araşdırılan sübutlarla X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından o, inzibati məsuliyyətə cəlb edilə bilməz, Azərbaycan Respublikası DİN-in Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş EQ 21268527 saylı, 20 may 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.5-1 maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə X1nun “nümayəndəsi” Nümayəndə3 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinə dair ərizəyə münasibətdə isə qeyd edir ki, hazırkı ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. 65.1-1-ci maddəsinə görə məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Məhkəmə hesab edir ki, Nümayəndə3 nümayəndə qismində (iş materiallarında olan etibarnamədə ona X2 adından məhz məhkəmədə çıxış etmək səlahiyyəti verilməmiş) hazırkı ərizəni vermək üçün hüququ yaranmamış və ümumiyyətlə müvəqqəti təminat tədbirinin tətbiqi və verilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində hər hansı bir norma nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 53.2, 65, 128-130, ə 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-in Baş X8i İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən X5 barəsində tərtib edilmiş EQ 21268527 saylı, 20 may 2024-cü il «inzibati tənbeh vermə haqqında qərar» ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata «inzibati xəta tərkibi olmadıqda və şəxsin təqsirliliyi sübuta yetirilmədiyi» əsası ilə xitam verilsin. Nümayəndə3 tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə baxılmadan geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2192/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2192/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver