Məhkəmə qərarları › İş №3(006)-2195/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2195/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2195/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Qərardan şikayət verən şəxs X3 vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin 11 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 11 dekabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin Qərar əsasən vətəndaş X1-haqq hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsi ilə bağlı DƏMX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən göndərilmiş icrası məcburi göstəriş yerinə yetirilməmişdir. Nəticədə barəsində İXM-nin 539.1-1-ci maddəsi üzrə 1000 (min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirlər ki, qeyd olunan qərar aşağıdakı əsaslara görə qanunsuzdur: Səlahiyyətli orqan protokol tərtib edərkən yanlışlıqlara yol vermiş, yəni düzgün maddi normaya istinad etməmişdir. Belə ki, barasində tərtib olunan inzibati tənbeh vermə haqqında qərara diqqəti yetirsəniz orada pozuntunun orada kimi son haqq hesabı verilməməsi nəzərdə tutulur ilk öncə qeyd edir ki, bu pozuntunun olubolmaması ilə bağlı səlahiyyətli orqan heş bir araşdırma aparmadan qərar qəbul etmişdir. Bu pozuntu var, ancaq səlahiyyətli orqan yenə də pozuntu edərək qərar qəbul etmişdir. Yəni bu pozuntuya görə səlahiyyətli orqan İXM-nin 539.1-1-ci maddisini yox, 192.4-cü maddəsini tətbiq etməli idi. Səlahiyyətli orqanın bu qərarı İXM-nin 135.1.4-cü maddəyə əsasən ləğv edilməlidir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. AR İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın. Beləliklə, maddələri müqayisə etdikdə görünür ki, 192ci maddi daha geniş və konkret pozuntuları əhatə edir. Belə ki, əgər 192-ci maddədə işəgötürənin əməli əmək qanunvericiliyinin tələblərini pozursa, 539.1-1-ci maddədə pozulmuş tələblərin aradan qaldırılması barədə Əmək Müfəttişliyinin imperativ qarar və göstərişləri icra edilmir. Yuxarıda qeyd olunan hallar səlahiyyətli orqan tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qəbul etdiyi qərarın düzgün normaya əsaslanaraq tərtib edilmədiyini sübut edilir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 vəkili Vəkil ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, X1-haqq hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsi ilə bağlı DƏMX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən göndərilmiş icrası məcburi göstəriş yerinə yetirilməmişdir. Buna görə də həmin araşdırma nəticəsində inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, X1-haqq hesabının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsi ilə bağlı DƏMX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən göndərilmiş icrası məcburi göstəriş yerinə yetirilmədiyindən "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, həmin əməllər bu Məcəllənin 192-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olmasın. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir, lakin iş materiallarından da göründüyü kimi, X1 haqq-hesabının düzgün hesablanıb ödənilmədiyi göstərilsə də, X5 inzibati araşdırma apararkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almadan, "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul etməklə 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Belə olan halda, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən protokola baxılması və qərarın qəbul edilməsi zamanı barəsində icraata aparılan X3 iştirakı təmin edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi barəsində icraat aparılan şəxsin irəli sürdüyü dəlilləri ətraflı araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X3 barəsindəki 11 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 11 dekabr 2023-cü il tarixli, MN № ******* saylı qərar ləğv edilsin və və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar