Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2196/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X8 iştirakı ilə, X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* saylı və xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* saylı və xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində X5 məxsus “BMW 328Xİ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini saat 09:32-dən 13:30dək parklamış, bunu "xxxx" sms vasitəsilə başlanma və sona çatma anlarını bəyan etmiş və bunun müqabilində 5 manat məbləğində ödənişi etmişdir. xx.xx.2024-cü il tarixdə X5 məxsus mobil nömrəyə “AsanPay” sistemi vasitəsilə inzibati tənbeh tətbiq edilmə barədə sms məlumat almışdır. “AsanPay” portalında daxil olarkən məlum olmuşdur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra AYNA) tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən 10 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və barəsində xx.xx.2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmışdır. Eyni qaydada, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində ona, X5 məxsus həmin “BMW 328Xİ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini saat 09:32-dən 13:47-dək parklamış, bunu "xxxx" sms vasitəslə başlanma və sona çatma anlarını bəyan etmiş və bunun müqabilində 5 AZN manat məbləğində ödənişi etmişdir. xx.xx.2024-cü il tarixdə X5 məxsus mobil nömrəyə “AsanPay” sistemi vasitəsilə inzibati tənbeh tətbiq edilmə barədə sms məlumat almışdır. AsanPay portalında daxil olarkən məlum olmuşdur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən 10 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və barəsində xx.xx.2024-cü il tarixli AYN ******* saylı nzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. AYNA tərəfindən inzibati xəta tətbiqi prosesi ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinə uyğun həyata keçirilmir. AYNA Azərbaycan Respublikasının normativ aktlarının dövlət reyestrində adına rast gəlinməsi mümkün olmayan "xxxx" MMC adlı qurumun əməkdaşları vasitəsilə inzibati xəta hadisəsini aşkar edir. Halbuki, həmin qurumun əməkdaşları inzibati xəta cəlb etmək səlahiyyəti olan vəzifəli şəxs hesab edilmirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci və 124-cü maddələrinə görə, parklanmağa görə inzibati xətanın aşkar edilməsinin 2 üsulu vardır; a) vəzifəli şəxs inzibati xətanı özü bilavasitə aşkar edir b) xüsusi texniki vasitə vasitəsilə inzibati xəta aşkar edilir. AYNA tərəfindən isə bu qaydaların heç biri tətbiq edilmir. Belə ki, əvvəla fotoşəkillər inzibati xətanı aşkar etmək səlahiyyəti olmayan qurumun səlahiyyəti olmayan əməkdaşları tərəfindən çəkilir. İkincisi inzibati xəta hər hansı xüsusi texniki vasitə (müşahidə kameraları, parklanma zonasının giriş çıxışına nəzarət aparatlar və s.) vasitəsilə aşkar edilməmişdir. Beləliklə, hər şeydən əvvəl AYNA-nın inzibati tənbeh vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi hələlik müəyyən edilməmişdir, həmçinin hazırda bu barədə qərar verən şəxs "xxxx" adlı qurumun çəkdiyi fotoşəkilə əsaslanır. Beləliklə, AYNA və digər aidiyyəti qurumlar tərəfindən normativ hüquqi baza yaradılmadan şəxslərə kimliyi bəlli olmayan şəxslərin düzgün olmayan vaxtda çəkdikləri fotoşəkillər əsasında səlahiyyəti olmayan şəxslər tərəfindən cərimə tətbiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən İXM-nin 53-cü maddəsinə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli AYN ******* saylı və 16.05.20?4-cü il tarixli AYN ******* saylı inzibati tənbeh tətbiq edilməsi barədə qərarların ləğv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AYNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanının 17.0-cı bəndinə əsasən, Bakı Nəqliyyat Agentliyi adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3-322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə). 346-1.1-ci, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1.2- 346-1.4-cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - idarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İXM-nin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə həvalə edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AYNA Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə həvalə edilmiş, lakin hazırda Bakı Nəqliyyat Agentliyi AYNA-nın tabeliyinə verilmiş, AYNA-ya isə müvafiq maddə ilə işlərə baxmaq səlahiyyəti qanunvericiliklə verilməmişdir. Belə olan halda yuxarıda qeyd olunan qərar səlahiyyəti olmayan subyekt tərəfindən qəbul edildiyindən şikayət təmin olunmalı, iş üzrə mövcud qərarlar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxsə rəsmi bildirişlər göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X11 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək göstərdi ki, X7 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə AYNA-nın 14 may 2024-cü il tarixli AYN ******* və 16 may 2024-cü il -tarixli AYN0363005 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarları dəyişdirilmədən saxlanılmalıdır. 1. Belə ki, X7 idarə etdiyi “BMW 328Xİ MİNİK” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 14 may 2024-cü il və 16 may 2024-cü tarixlərində Bakı şəhəri, Lev Tolstoy küçəsi yerləşən 90159 saylı parklanma yerində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş etməmişdir. Şikayətçi ərizəsində bildirmişdir ki, 14 may 2024-cü il və 16 may 2024-cü tarixlərində Bakı şəhəri, Lev Tolstoy küçəsi yerləşən "xxxx" sms vasitəsi ilə ödənişlər etmiş və bu barədə sms məlumat almışdır. Etiraza əlavə etdikləri ödəniş barədə məlumata əsasən şikayətçi ödəniş etsədə balansında kifayət qədər məbləğ olmadığından ödəniş həyata keçməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. “Yol hərəkəti haqqında” Qanununun 1-ci maddəsinin 32hissəsinə əsasən parklanma - nəqliyyat vasitəsinin parklanma yerlərində durmasıdır. Həmin maddənin 32-1-ci hissəsinə əsasən parklanma yeri - yaşayış məntəqələrinin hüdudlarında avtomobil yolunun hərəkət hissəsində və ya ona bitişik hissədə nəqliyyat vasitələrinin durması üçün ayrılmış, bu Qanunla müəyyən edilmiş qaydada işarələnmiş və təchiz edilmiş yerdir. Həmin Qanunun 53-cü maddəsinin 16-cı hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödəniş parklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzi nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavə ödəniş tələb olunmur. Həmin maddənin 21-ci hissəsinə əsasən sürücülər nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün bu maddənin 16-cı hissəsi nəzərə alınmaqla əlavə ödəniş etmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyırlar. AYNA-nın 14 may 2024-cü il tarixli AYN ******* saylı və 16 may 2024-cü il tarixli AYN0363005 inzibati tənbeh vermə haqqında qərarlarında əlavə edilmiş fotoşəkillərdən açıq-aydın görünür ki, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil 90159 və saylı parklanma yerində 15 dəqiqədən artıq durmuşdur. Nəqliyyat vasitəsini idarə edən şəxs həmin parlanmaya görə heç bir ödəniş etməmişdir. Bu fakt səlahiyyətli şəxs tərəfindən müəyyən edilərək, fotoşəkillər çəkilmişdir. 14 may 2024-cü il tarixə qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili saat 08:32:18-da sonuncu isə saat 10:31:17-də qeydə alınmış 16 may 2024-cü il tarixli qərara əlavə olunmuş nəqliyyat vasitəsinin ilk fotoşəkili isə saat 10:40:07-da sonuncu isə saat 11:47:01-də qeydə alınmışdır ki, bu 15 dəqiqədən çox vaxt edir və N/V istifadəçisi parklanma müddətini başlatmayaraq, ödəniş etməmişdir. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. Beləliklə hesab edirlər ki, AYNA-nın 14 may 2024-cü il tarixli AYN ******* və 16 may 2024-cü il tar AYN0363005 saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayətləri əsassızdır və təmin edilməməlidir. 2. Qarşı tərəf şikayətində bildirir ki, "xxxx" MMC-nin əməkdaşları vasitəsilə inzibati xəta aşkar edilir və onlar tərəfindən cəlb (cəlb?) edilir. Bildirirlər ki, qarşı tərəfin dediyi kimi, "xxxx" əməkdaşları sadəcə inzibati xətanı aşkar edir, cəlb etmək (qərar) isə səlahiyyətli şəxs tərəfindən həyata keçirilir. Həmçinin qarşı tərəf şikayətində Hüquqi məsələlər bölümündə göstərdiyi İXM-nin 346-1.1-ci madı ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə gəldikdə isə bildirirlər ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qosulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. 3. Qeyd edirlər ki, “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüs Nəqliyyat Agentliyi (bundan sonra-AYNA) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” (bundan sonra-BNA) publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilməsi qərara alınmışdır. Həmçinin, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak AYNA-nın balansına verilmişdir. Qeyd edirlkər ki, AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. Ölkə Prezidentinin BNA-ya səlahiyyətlər verilməsinə dair əvvəlki Fərmandan sonra qəbul edilmiş “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağ əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanı BNA-nın AYNA-ya birləşdirilməsi və BNA-nın bütün səlahiyyətlərinin AYNA ötürülməsinə ehtiva edir. Eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb ola birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüququ aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Həmçinin Azərbaycan Respublikasının Müki Məcəlləsinin 55.5-ci maddəsinə əsasən Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Odur ki, qeyd edilənəri nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 xx.xx.2024-cü il tarixdə, saat 10:31:22-də Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində “BMW 328Xİ MİNİK” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 xx.xx.2024-cü il tarixdə, saat 11:47:06-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində “BMW 328Xİ MİNİK” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “BMW 328Xİ MİNİK” markalı, **- RY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Lev Tolstoy küçəsində saxlamaqla dayanma və ya durma qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş AYNA-nin Web protalının çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində “BMW 328Xİ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil parklanmış, bunu "xxxx" sms vasitəsilə başlanma və sona çatma anlarını bəyan etmiş, lakin balansda ödənilməli olan 5 manat məbləğ olmadığı üçün həmin ödəniş edilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində “BMW 328Xİ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil parklanmış, bunu "xxxx" sms vasitəslə başlanma və sona çatma anlarını bəyan etmiş, lakin balansda ödənilməli olan 5 manat məbləğ olmadığı üçün həmin ödəniş edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29 və 31-ci bəndlərinə görə nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə iclasında müəyyən olundu ki, X6 şikayətində xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində “BMW 328Xİ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini parklamış, bunu "xxxx" sms vasitəsilə başlanma və sona çatma anlarını bəyan etmiş və bunun müqabilində 5 manat məbləğində ödənişi etdiyini, həmçinin, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində “BMW 328Xİ” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini parklamış, bunu “AzParking" sms vasitəslə başlanma və sona çatma anlarını bəyan etmiş və bunun müqabilində 5 manat məbləğində ödənişi etdiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X6 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Bakı şəhəri, Lev Tolstoy küçəsində yerləşən 90159 nömrəli parklanma məntəqəsində avtomobilini saxlayarkən heç bir ödəniş etməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 09 iyul 2024-cü il tarixli qərardadından görünür ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il xli, 795 nömrəli Fəmanının 5.33-2-cü bərdinə əsasən həmin Məcəllənin 346-1.1-ci 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyi adından idarə Heyətinin sədri, onun müavinləri, rəhbəri və şöbə müdirlərinə aid edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Azərbaycan Respublikası “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəharinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idareotmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziriliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhəri İcra Hakimiyyətinin başçısının tabeliyindəki Bakı Nəqliyyat Agenitliyi publik huquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Həmin Fərmanının 4.1-ci bəndinə əsasən Fərmanın 1-ci və 2 ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanında və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci İl tarixli, 1256 nömrəli Fərmanında müvafiq dəyişiklik edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən baxılması müddəası olduğu kimi qalmışdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqanının adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişiklik edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş, (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Qeyd edilməlidir ki, ümumiyyətlə dövlət orqanlarının hüquq varisliyinin universal (orqan ləğv edildikdə, yenidən təşkil edildikdə) və sinqular (məsələn, mövcud dövət orqanının səlahiyyətlərinin yeni yaradılmış orqana ötürülməsi) formaları mövcuddur. Publik hüquq münasibətlərində, hətta dövlət orqanı ləğv edildikdə, publik hüquq münasibətləri xitam olunmur, belə ki, bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlət funksiyasının icraçısıdırlar. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onlar arasında hüquq varisliyi maddi hüququn keçməsi ilə deyil, hüquqi statusunun və səlahiyyətlərinin (funksional hüquq varisliyi) keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələləri tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanının (qurumunun) üzərinə düşən vəzifələrin icra edilməsinin davam etməməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xəta qanunvericiliyinin prinsiplərinin, o cümlədən inzibati məsuliyyətin qaçılmazlıq prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinin mənasına görə, dövlət orqanı qoşulma şəklində yenidən təşkil edildiyi halda qoşulan orqanın (hazırkı halda Bakı Nəqliyyat Agentliyinin) adı dəyişilir və bu səbəbdəri müvafiq normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktların adı dəyişdirlmiş (yeni yaradılmış) orqana şamil olunur. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kımi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Palatası hesab etmişdir, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci İİ tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Beləliklə məhkəmə X2 şikyətində ikinci dəlili olan Azərbaycan Respublikası İXM-nin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı şəhərinin inzibati ərazisində Azərbaycan X1vericiliklə verilməməsinə dair münasibətdə qeyd edir ki, Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Bu səbəbdən məhkəmə, ikinci dəlili də əsassız sayır. Belə olan halda, məhkəmə X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* saylı və xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilmiş şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* saylı və xx.xx.2024-cü il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərarlar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2196/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2196/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver