Məhkəmə qərarları › İş №3(006)-22/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-22/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-22/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayət verən şəxs X8 vəkili, “GÜVƏN” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X13 tərəfindən qəbul edilmiş 29 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 29 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxs X8 barəsində İXM-in 192.1-ci maddəsi ilə, xx.xx.2023-cü il tarixli, MN ******* nömərli qərar tərtib edilərək barəsində 4000 (dörd min) manat miqdarında inzibati cərimə tədbiq edilmişdir. Belə ki, səlahiyyətli orqan qərarı onunla əsaslandırmışdır ki, vətəndaş X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olaraq xx.xx.2023-cü il tarixli MN NQ ******* saylı protokol göstərilmişdir. Hesab edir ki, İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol və onun əsasında çıxarılmış xx.xx.2023-cü il tarixli, MN ******* nömərli qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin tərtib etdiyi qərar ətraflı araşdırma aparılmadan və müfəssəl təsvir göstərilmədən, protokolun tərtib edilməsi qaydaları pozulmaqla və hüquqlarını müdafiə etdiyim şəxsin iştirakı təmin edilməməklə, sübutlar qeyd edilməyərək mülahizələr əsasında, sadəcə qərəzli yanaşma və hüquqi uyğunsuzluqlar nəticəsində tərtib edilmiş və Azər Hətəmovun barəsində qanunazid olaraq 4000 manat miqdarında inzibati cərimə tədbiq edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsində qeyd edilir ki, əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi 7.2-ci bəndə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-l-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata almmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-3.4-cü maddəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin, xidmətlərin yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42.1-ci maddəsində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bildirir ki, vətəndaş X7 ilə X8 direktoru olduğu "xxxx" MMC-nin əmək münasibətləri yaratmaq kimi bir niyyəti olmamışdır. Şəxsə hər-hansı vəzifə müəyyən edilməmiş, Azər Hətəmov tərəfindən və cəmiyyət adına ona icra etməsi üçün iş və ya xidmət təklif və ya təqdim edilməmişdir. Şəxslə əmək münasibətinə girmək kimi bir niyyətləri olmadığından və səlahiyyətli orqan bizə məlum olmayan və təqdim edilməyən, öz mülahizələrinə əsasən müəyyən etdikləri sənədləri əsas gətirərək guya ki, şəxsin 20 gün müddətində cəmiyyətdə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyini qeyd edərək X14 barəsində inzibati cərimə tədbiq etmişdir. X1 Abbas Ruslan oğlunu şəxsən tanımış, onun yeniyetmə birisi olduğunu, 18 yaşı tamam olmadığını, aztəminatlı bir ailənin övladı olduğunu və 2023-cü ilin yay aylarında ali məktəbə qəbul olunduğunu bilmişdir. Yetkinlik yaşına çatmamış bir tələbə X8 rəhbəri olduğu cəmiyyətə necə bir mənfəət qazandıra bilərdi ki? və ya onun hansı üstün xüsusi bacarıqlarına görə onunla əmək münasibətləri qurmaq niyyətində olabilərdilər ki? İşin səlahiyyətli orqan tərəfindən araşdırılmadığı mübahisəsiz haldır. X8 rəhbəri olduğu cəmiyyətin X7 ilə ümumiyyətlə əmək münasibəti olmadığından, şəxslə əmək müqaviləsi bağlamaq və bu müqavilənin hüquqi qüvvəyə minməsi üçün prosessual addımları atmaq kimi bir öhdəliyi də olmamışdır. Həmçinin əgər Abbas Axundzadə ilə belə bir münasibətləri yaranmış olsaydı nəyə görə onunla yaranmış əmək münasibəti, sadəcə 20 gün davam etmişdir? Bu qeyd edilən hallar araşdırılmamış, xx.xx.2023-cü il tarixli protokol bizim iştirakımız olmadan tərtib edilmiş və sübut hesab olunmuş təqdim edilən sənədlər bizə göndərilməmişdir. Xüsusilə qeyd etmək istəyir ki, çıxarılmış qanunsuz qərara əsas olmuş protokolda qeyd edilir ki, «DREAMCAR" MMC-nin direktor müavini Emil Şükürzadə protokol müzakirəsində iştirak etmiş, lakin tərtib edilməsində iştirak etməmişdir. Bu məsələ ilə bağlı bildirirəm ki, Emil Şükürzadə səlahiyyətli orqanın inzibati binasında 16 noyabr tarixdə iştirak etməmiş, ümumiyyətlə bu məsələ ilə bağlı bizə ilkin məlumatlar xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Halbuki, tərtib edilmiş protokol bizə məlumat daxil olmazdan əvvəl artıq hazır olmuşdur. İkinci olaraq əgər Emil Şükürzadə protokolun müzakirəsində iştirak etmişdirsə nəyə görə tərtib edilməsində iştirak etməməli idi? Sadəcə bu fakt belə sübuta yetirir ki, səlahiyyətli orqan qərəzli bir şok ildə X14 barəsində inzibati cərimə tədbiq etmişdir. Bu qərar qəbul edilənədək və nəticə etibarı ilə bütün prosessual addımlar qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, "xxxx" MMC ilə X7 arasında heç-bir razılaşmadan, daimi iş fəaliyyətindən, daimi is verindən və avlıq qanarardan söhbət belə getınır. Şəxslər arasında isci-işəııötürəıı münasibəti qurulmadığından onlar arasında bağlanmış omək müqaviləsi olduğu hesab edilə bilməz vo aralarında əmək müqaviləsinin baülanmasına və hu barədə bildirişin səlahiyyətli orqana təqdim edilməsinə zərurət yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, barəmdə çıxarılmış bu qanunsuz qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 vəkili X10 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin əmək müfəttişi X4 tərəfindən tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, vətəndaş X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixinədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X6 29 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 4000 (dörd min yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-5180/2023 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 16 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X8 vəkili X5 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X8 təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Hazırki şəraitdə iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X14 vəzifəli şəxs kimi X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin əməlin "xxxx" MMC tərəfindən törədilməsinə dair Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-5180/2023 saylı qərarı ilə həmin inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Beləliklə aydın olur ki, X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsindən ibarət eyni əmələ görə görə iki subyektin, yəni həm hüquqi şəxs, həm də onun vəzifəli şəxsi barəsində protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Məhkəmə, indiki vəziyyətdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-5180/2023 saylı qərarı ilə X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinə görə "xxxx" MMC barəsində tərtib edilmiş protokol üzrə təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-5180/2023 saylı qərarının hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X8 əməlində inzibati xəta tərkibi olmadığından, onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X13 tərəfindən qəbul edilmiş 29 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və X8 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X13 tərəfindən qəbul edilmiş 29 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar